...

Bu yaxınlarda Tacikistanda yaranan gərginlik, çətin ki, ölkədə şəraitin daha da ciddiləşməsinə gətirib çıxarsın – ekspertlər

Siyasət Materials 10 Sentyabr 2010 09:00 (UTC +04:00)
Bu yaxınlarda Tacikistanda vəziyyətin pisləşməsi, çətin ki, daha da ciddiləşməsinə səbəb olsun, - ekspertlər bu qənaətdədirlər.
Bu yaxınlarda Tacikistanda yaranan gərginlik, çətin ki, ölkədə şəraitin daha da ciddiləşməsinə gətirib çıxarsın – ekspertlər

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir V.Javoronkova/

Bu yaxınlarda Tacikistanda vəziyyətin pisləşməsi, çətin ki, daha da ciddiləşməsinə səbəb olsun, - ekspertlər bu qənaətdədirlər.

Tacikistanda ötən cümə günü və bazar ertəsinə keçən gecə iki partlayış baş verib. Partlayışlardan biri klubda, digəri Xucənddə rayon mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə şöbəsinin binası yaxınlığında törədilib. Partlayışlarda 2 nəfər həlak olub, 35-dən çox adam isə yaralanıb. İndi ölkədə bütünlükdə Mərkəzi Asiya regionu üçün son dərəcə təhlükəli vəziyyətin gərginləşməsi mümkünlüyü ilə bağlı narahatlıq artır.

Respublika DİN-in bəyanatında birinci partlayışda Özbəkistan İslam Hərəkatı (ÖİH) Təşkilatının iştirakı olduğu bildirilir.

Ekspertlərin fikrincə, Tacikistanda yaranmış hazırkı gərgin şərait, çətin ki, ölkədə sabitliyin pozulmasına gətirib çıxarsın.

Almaniyada yaşayan Mərkəzi Asiya məsələləri üzrə iranlı ekspert Tahir Şirməhəmmədinin fikrincə, Tacikistanda artıq bir neçə ildən bəri partlayışların baş verməsinə baxmayaraq, təhlükəsizlik orqanları həmin partlayışların arxasında dayananları cəzalandırmırlar.

"Ölkədə əsas terror şəbəkəsi strukturu əvvəlki kimi əlçatmaz olaraq qalmaqdadır", - Şirməhəmmədi elektron-poçtla Trend-ə bildirib.

Onun fikrincə, bu yaxınlardakı terror aktları islamın radikal cərəyanlarına sadiq olan yerli özbəklər və taciklər tərəfindən təşkil olunub.

Şirməhəmmədi hesab edir ki, bunu sübut edən sənədlər olmasa da, regiondakı tacik və özbəklərin bir hissəsi arasında radikal islam əhval-ruhiyyəsi mövcuddur və bu terror aktları da onlar tərəfindən törədilir.

Mərkəzi Asiya üzrə amerikalı ekspert Aleksandr Kulinin (Alexander Cooley) sözlərinə görə, terror aktları lap elə onların fəallaşmasından danışır.

"Düşənbənin gecə klubundakı partlayış, görünür, qərbyönümlü tacik gənclərinə və klubdakı Düşənbə elitasının məhv edilməsinə yönəlib", - Kolumbiya Universiteti yanında "Bernard" beynəlxalq münasibətlər və beynəlxalq siyasət qurumunun professoru, Trend-in Ekspertlər Şurasının üzvü Kuli Trend-ə bildirib.

Ekspertin fikrincə, radikal islamçı qruplaşmalardan başqa, Tacikistanda sərhədlərin müdafiəsizliyi problemi də var.

"Təəssüf ki, tacik-əfqan sərhədi "məsaməli" olaraq qalır və çətin mühafizə edilir", - Kuli bildirib.

Mərkəzi Asiya üzrə rusiyalı ekspert Andrey Qrozin güman edir ki, "Özlərini Xucənddə partladanlar, hər halda, bunu siyasi mülahizələrə görə törədiblər", - "Deutsche Welle" yazır.
Ekspertin qiymətləndirmələrinə görə, bununla yanaşı, terror aktı törətmək üçün üç müxtəlif qrupun səbəbləri olub: "Bunlar ya Rəhmanın və onun çoxsaylı yaxınlarının siyasi düşmənləri olublar, ya da bu adamlar yerli əhaliyə münasibətdə tamamilə qeyri-adekvat davranan Xucənddəki konkret milis işçilərindən qisas alıblar. Nəhayət, bu adamlar ideya uğrunda mübarizə aparan həmin radikal islamçılar ola bilərlər".

Şirməhəmmədi hesab edir ki, Tacikistandakı vəziyyət bu tip partlayışlarla dərinləşməyəcək.

"Partlayışlar əvvəllər də olub, lakin əgər ölkənin təhlükəsizlik qüvvələri terrorizmlə mübarizədə lazımi təcrübəyə yiyələnməsələr, onlar bundan sonra da davam edəcək",  - o bildirib.

Şirməhəmmədi hesab edir ki, tacik xalqı artıq beşillik daxili müharibənin kədərli təcrübəsinə malikdir və o, çətin ki, bu cür hərəkətləri dəstəkləsin.

"Ötən yüziliiyin 90-cı illərində Tacikistandakı vətəndaş müharibəsi haqqında xatirə yüz minlərlə insanın həlak olduğu və ölkəni tərk etməyə məcbur olduğu millətlərarası münaqişələrin faciəli nəticəsi kimi, tacik xalqının əksəriyyətinin yaddaşında əvvəlki kimi yaşayır",  - Kuli bildirib.

Xəbər lenti

Xəbər lenti