Gürcüstan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Sentyabrın 14-də Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Azərbaycana səfəri başa çatıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Heydər Əliyev Beynəlxalq hava limanında Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hava limanında Prezident Mixail Saakaşvilini Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər yola salıblar.