...

Rusiya milyarderi Tbilisidə beynəlxalq "dəyirmi masa" təşkil edir

Siyasət Materials 15 Sentyabr 2010 15:58 (UTC +04:00)
...Aleksandr Ebralidzenin rəhbərlik etdiyi Gürcü Xalqının Ümumdünya Konqresinin Tbilisi filialının dəstəyi ilə "Orijinallıq və qloballaşma: çağırışlar və perspektivlər" adlı beynəlxalq "dəyirmi masa" keçiriləcək.
Rusiya milyarderi Tbilisidə beynəlxalq "dəyirmi masa" təşkil edir

Gürcüstan, Tbilisi, 15 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Tbilisidə "Ambassador" mehmanxanasında II Erekli Cəmiyyətinin təşkilatçılığı və rusiyalı milyarder Aleksandr Ebralidzenin rəhbərlik etdiyi Gürcü Xalqının Ümumdünya Konqresinin Tbilisi filialının dəstəyi ilə "Orijinallıq və qloballaşma: çağırışlar və perspektivlər" adlı beynəlxalq "dəyirmi masa" keçiriləcək.

"Dəyirmi masa"nın məqsədi qloballaşma fonunda orijinallığın saxlanması, məlumat və təcrübə, həmçinin millət və dövlətlər üçün xarakterik olan adət-ənənələr, əsaslı dinlər, mədəni və sosial ayinlər və digər aspektlərin mübadiləsidir", - tədbir təşəbbüskarları bəyan ediblər.

"Dəyirmi masa"da Gürcüstan, Ermənistan və Rusiya Federasiyasından 30-a yaxın ekspert iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti