...

Kanadada Azərbaycan regionları ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 28 Sentyabr 2010 19:02 (UTC +04:00)
Sentyabr 27-də Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın "Prince Edward Island" əyalətinə səfər çərçivəsində əyalət parlamentinin spikeri xanım Ketlin Keysi (Kathleen Casey) ilə görüşüb.
Kanadada Azərbaycan regionları ilə əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Sentyabr 27-də Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev Kanadanın "Prince Edward Island" əyalətinə səfər çərçivəsində əyalət parlamentinin spikeri xanım Ketlin Keysi (Kathleen Casey) ilə görüşüb. Bu barədə çərşənbə axşamı Azərbaycanın Kanadadakı səfirliyinin məlumatında deyilir.

Əyalətin paytaxtı Şarlottetaun (Charlottetown) şəhərində keçirilən görüşdə tərəflər Azərbaycan və Kanadanın regionları arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıblar.

Məhz bu şəhərdə 1864-cü ildə Kanadanın dövlət quruculuğunun federativ formasının təməli qoyulub və parlament binasında Kanadanın demokratik əsasları müzakirə olunub. Bu baxımdan səfir qeyd edib ki, hazırkı görüşün həm də rəmzi xarakteri nəzərə çarpır - müsəlman dünyasında ilk dəfə parlament Azərbaycanda yaranıb və 1918-ci ildə qadınlara səsvermə hüququ verilib.

Kanadada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün hər il Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti tərəfindən təşkil olunan diplomatik forumda iştirak etmək üçün Şarlottetaun şəhərinə gələn səfir Şəfiyev yerli "Guardian" qəzetinə müsahibə verib. Müsahibədə Azərbaycan və ölkəmizin Kanada ilə ikitərəfli əlaqələri haqqında məlumat verilib.

Xəbər lenti

Xəbər lenti