...

Azərbaycanda 283 nəfər Parlament seçkilərinə namizəd qismində qeydiyyata alınıb – MSK sədri

Siyasət Materials 4 Oktyabr 2010 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir Т. Hacıyev/

Azərbaycanda Parlament seçkilərinə deputat mandatı uğrunda 125 dairə üzrə 1 378 nəfər namizədlik üçün müraciət edib. 1 331 nəfərə imza vərəqələri verilib. 550 nəfər imza vərəqələrini qaytarıb. Bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

"Bu günə 283 nəfərin namizədliyi qeydə alınıb", - Pənahov deyib.

Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti