...

Rusiya gürcü dosyesini bağlamağa nail ola bilmədi – AŞPA-da gürcü nümayəndə heyətinin rəhbəri

Siyasət Materials 6 Oktyabr 2010 15:14 (UTC +04:00)
Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti 2008-ci ilin avqustunda Gürcüstandakı müharibə haqqında dosyeni bağlamağa nail ola bilməyib və bu məsələ ilin sonunda xüsusi konfransda müzakirə olunacaq. Bu barədə Trend-ə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan Parlament çoxluğunun lideri Pyotr Tsiskarişvili məlumat verib.
Rusiya gürcü dosyesini bağlamağa nail ola bilmədi – AŞPA-da gürcü nümayəndə heyətinin rəhbəri

Gürcüstan, Tbilisi, 6 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Rusiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti 2008-ci ilin avqustunda Gürcüstandakı müharibə haqqında dosyeni bağlamağa nail ola bilməyib və bu məsələ ilin sonunda xüsusi konfransda müzakirə olunacaq. Bu barədə Trend-ə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Gürcüstan Parlament çoxluğunun lideri Pyotr Tsiskarişvili məlumat verib.

Onun sözlərinə görə, bu qərar dünən AŞPA-nın monitorinq üzrə profil komissiyası tərəfindən qəbul olunub.

Tsiskarişvili qeyd edib ki, konfransda Rusiya və Gürcüstan nümayəndələri, AŞPA sədri Mövlud Çavuşoğlu, Avropa Şurasının ali komissarı Tomas Xammaberq, eləcə də Aİ-nin Cənubi Osetiya münaqişəsinin səbəblərinin araşdırılması üzrə keçmiş missiyasının rəhbəri Haydi Talyavini iştirak edəcəklər.

Gürcüstan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, rusiyalı deputatların səylərinə baxmayaraq, komitə, hətta onların Gürcüstanın separatçı regionları - Abxaziya və Cənubi Osetiya nümayəndələrinin nəzərdə tutulan müzakirələrə dəvəti haqqında təkliflərinə belə baxmayıb.

"Konfrans bir daha Rusiyanın AŞPA-nın üç qətnaməsini yerinə yetirmədiyini müzakirə edəcək. Eyni zamanda, Gürcüstan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyi halda, Moskva onlara etinasız yanaşmaqda davam edir. Bu məsələ AŞPA qətnamələrinə Rusiyanın belə münasibətindən qayğılanan AŞPA deputatlarını narahat edir", -Tsiskarişvili biıldirib.

O qeyd edib ki, rusiyalı deputatlar bütün yollar və tədbirlərlə Gürcüstan-Rusiya dosyesinin müzakirələrini dayandırmağa çalışırlar. "Lakin onların əl atdıqları bu tədbirlər rədd edildi və biz əminik ki, AŞPA qəbul etdiyi qətnamələrə əməl olunmasını tələb edəcək", - o deyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Xəbər lenti

Xəbər lenti