...

ABŞ Senatının səfirlərin təyininin yubadılmasına qeyri-diplomatlığı - "Wall street journal"

Siyasət Materials 6 Oktyabr 2010 15:01 (UTC +04:00)
Hazırda ABŞ-ın icraedici budağı ölkənin xarici siyasətinin aparılmasında əsas məsuliyyət daşıyır. Bu barədə Amerikanın məşhur "Wall street journal" qəzeti yazır. Buna sübut kimi Senatın səfirlərin təyini ilə bağlı son fırıldaqlarıdır.
ABŞ Senatının səfirlərin təyininin yubadılmasına qeyri-diplomatlığı - "Wall street journal"

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Hazırda ABŞ-ın icraedici budağı ölkənin xarici siyasətinin aparılmasında əsas məsuliyyət daşıyır. Bu barədə Amerikanın məşhur "Wall street journal" qəzeti yazır. Buna sübut kimi Senatın səfirlərin təyini ilə bağlı son fırıldaqlarıdır.

"Ötən ay biz Mətyu Brayzənin Senatda Ermənistan-Amerika lobbiçiliyinin maraqlarını irəliyə aparan senator Barbara Bokser ilə sözünün çəp gəlməsi haqqında məlumat vermişdik", - qəzet yazır.

Prezident tərəfindən Azərbaycana səfir vəzifəsinə irəli sürülən təcrübəli diplomat, çılğın Qafqaz regionunda hamı tərəfdən hörmət edilən Brayzənin namizədliyi Senatın Xarici işlər Komitəsi tərəfindən 17 səslə "lehinə" və iki səslə "əleyhinə" təsdiq edilib.

Lakin Bokser dərhal Brayzə üşün səsvermənin yubadılmasına təşəbbüs qaldıraraq, Senat tərəfindən onun namizədliyinə tam tərkibdə baxılmasının qarşısını aldı.

Bokser yenidən seçilməsi üçün Karli Fiorina ilə kəskin mübarizə aparır və "qızıl ştat"ın (Kaliforniya Ştatının rəsmi adı) miqyaslı erməni icmasına kömək edir", - qəzet qeyd edir.

Bununla belə, Kanzasdan olan respublikaçı Sem Braunbək Prezident Obamanın Tükiyədəki səfir vəzifəsinə nominantı Frenk Rikiardonenin namizədliyinə baxılmasını yubadır.

Bu sessiyanın sonunda Senatdan gedən Barunbəkin dövlət katibi Hillari Klintonun adına ünvanladığı məktubda Rikiardoneni demokratiya və insan hüquqlarının müdafiəsinə yardımın göstərilməsində uğursuzluqda günahlandırır. Rikiardone Qahirədə səfir və son vaxtlar Kabildə nümayəndə olmuş karyeralı diplomatdır və türk dilində sərbəst danışır", - qəzet məlumat verir.

Senator bu nominasiyanı tənqid etmək və ona qarşı çıxmaq hüququna malikdir. Lakin Rikiardone digər nominantlar kimi "leyhinə" və ya "əleyhinə" səsverməsinə layiqdir. İndi hələ ki belə səsvermədən söhbət gedə bilməz, çünki Senat Prezident Obamaya səfirləri Senatın sessiyalararası dövrdə təyin etməyə imkan verməmək üçün noyabrda keçiriləcək seçkilərə qədər fasilə etməyi qərara alıb", - "Wall street journal" qeyd edir.

Azərbaycan və Türkiyə ABŞ-ın kifayət qədər mürəkkəb regionda mühüm müttəfiqləridir və Birləşmiş Ştatlar bu ölkələrdə peşəkar səfirlərə ehtiyac duyur.

Ankaradakı keçmiş səfir Ceyms Ceffri ABŞ-ın İraqdakı diplomatik nümayəndəliyinə 2010-cu ilin iyulunda başçılıq etməyə başlayıb. Bakıdakı səfir vəzifəsi 2009-cu ilin iyulundan vakant olaraq qalmaqdadır.

"Digər çoxsaylı problemlərə başı qarışan Ağ ev Senata Prezidentin təklif etdiyi nominantlar üzrə səsvermənin tezləşdirilməsi üçün təzyiq göstərməkdən imtina etdi. Bu diplomatlara qarşı qeyri-müəyyənlik senator Bokserin kampaniyasına kömək edə bilər və ya cənab Braunbəkə özünü təsdiq etməyə imkan verə bilər, lakin bu, icraedici hakimiyyətin fəaliyyət göstərmək qabiliyyətini pozur və Amerikanın xarici siyasətinə ziyan vurur", - nəşr vurğulayır.

Xəbər lenti

Xəbər lenti