...

"İpək yolu-2010" beynəlxalq avtorallinin iştirakçıları Türkmənistan paytaxtına gəlib

Siyasət Materials 6 Oktyabr 2010 20:03 (UTC +04:00)
Dünən Aşqabada "İpək yolu-2010" beynəlxalq avtomobil rallisinin iştirakçıları gəlib. Onların marşrutuna Azərbaycan, Əfqanıstan, Pakistan, İran, Tacikistan, Türkiyə və Türkmənistan daxildir.
"İpək yolu-2010" beynəlxalq avtorallinin iştirakçıları Türkmənistan paytaxtına gəlib

Türkmənistan, Aşqabad, 6 oktyabr /Trend, müxbir H.Həsənov/

Dünən Aşqabada "İpək yolu-2010" beynəlxalq avtomobil rallisinin iştirakçıları gəlib. Onların marşrutuna Azərbaycan, Əfqanıstan, Pakistan, İran, Tacikistan, Türkiyə və Türkmənistan daxildir. Məlumatı "Altın Asır" milli telekanalı yayıb.

Sentyabrın 22-də Tehranda marşruta start verilib, onun oktyabrın 24-də İstanbulda finişə çatacağı planlaşdırılır. Məlumatda deyilir ki, ralli ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) himayəsi və Beynəlxalq avtomobil nəqliyyatı birliyinin dəstəyi ilə keçirilir.

Tehrandan avtomobil karvanı İslamabada çatıb. Orada Məşhəddən (İran) keçərək Aşqabada gəlib. Burada onları təntənəli şəkildə və milli musiqi ilə qarşılayıblar.

Çərşənbə günü avtomobil karvanı Marı-Türkmənabad-İmamnəzər marşrutu üzrə, bundan sonra isə Türkmənistan-Əfqanıstan sərhədini keçərək Əfqanıstan və Tacikistan yolları ilə marşrutlarını davam etdirəcəklər.

Əks marşrut üzrə avtomobil karvanı iştirakçıları yenidən Türkmənistana qayıdaraq sonradan Azərbaycan, İran və Türkiyə ərazisi ilə getməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti