...

Azərbaycan MSK parlament seçkilərində namizədlərin müraciətlərinə baxıb

Siyasət Materials 18 Oktyabr 2010 17:53 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası bazar ertəsi parlament seçkilərində namizədlərin müraciətlərinə baxıb.
Azərbaycan MSK parlament seçkilərində namizədlərin müraciətlərinə baxıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyası bazar ertəsi parlament seçkilərində namizədlərin müraciətlərinə baxıb.

Baxılan 29 müraciətdən beşi təmin olunub. Bu şəxslərin namizədliklərinin qeydiyyata alınması barədə qərar qəbul edilib. Daha üç müraciətin baxılma müddəti uzadılıb.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

MSK-nın bazar ertəsi keçirilən iclası zamanı Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü İltizam Ələkbərlinin xeyrinə yığılan imzaların bir qismi etibarsız sayılıb və dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina etmək haqqında qərarı qüvvədə saxlanılıb.

Xəbər lenti

Xəbər lenti