...

Azərbaycan Parlamenti hərbi hissələrdə tədqiqat işlərinin peşəkar hüquqşünaslar tərəfindən aparılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər edib

Siyasət Materials 22 Oktyabr 2010 13:19 (UTC +04:00)
Bu məqsədlə "Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, "Azərbaycan Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi"ndə və "Azərbaycan Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun qəbul olunub.
Azərbaycan Parlamenti hərbi hissələrdə tədqiqat işlərinin peşəkar hüquqşünaslar tərəfindən aparılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti hərbi hissələrdə tədqiqat işlərinin peşəkar hüquqşünaslar tərəfindən aparılması ilə bağlı bir sıra qanunlara dəyişikliklər edib.

Bu məqsədlə "Azərbaycan Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi"ndə, "Azərbaycan Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi"ndə və "Azərbaycan Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında qanun qəbul olunub.

"Müdafiə Nazirliyinin hərbi hissələrində tədqiqat işlərini həmin hərbi hissənin hərbi hüquqşünasları aparırdı və bəzi hallarda qeyri-peşəkarlıq müşayiət olunurdu", - Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, dəyişiklikdən sonra hərbi hissə ərazisində baş vermiş cinayət hadisəsinin istintaqını peşəkar hüquqşünaslar aparacaqlar.

Millət vəkili Pənah Hüseyn bildirib ki, qəbul olunan dəyişiklik Azərbaycanda hüququn aliliyinin təmin olunmasına şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti