...

Azərbaycan MSK "AXCP-Müsavat" blokundan 44 nəfər səlahiyyətli nümayəndəni təsdiqləyib

Siyasət Materials 25 Oktyabr 2010 18:49 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən iclasında "AXCP-Müsavat" blokundan 44 nəfər səlahiyyətli nümayəndə təsdiqlənib.
Azərbaycan MSK "AXCP-Müsavat" blokundan 44 nəfər səlahiyyətli nümayəndəni təsdiqləyib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bazar ertəsi keçirilən iclasında "AXCP-Müsavat" blokundan 44 nəfər səlahiyyətli nümayəndə təsdiqlənib.

Trend-in məlumatına görə, iclasda MSK üzvləri 6 saylı Culfa-Babək dairə seçki komissiyasının tərkibinə dəyişiklik edib.

MSK katibi və üzvləri Natiq Məmmədov, Qabil Orucov, Validə Kazımova və Tofiq Həsənli daxil olan şikayətlər barədə məlumat veriblər.

2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılaraq, müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti