...

Azərbaycan hərbçiləri Türkiyə və ABŞ hərbçiləri ilə birgə hərbi tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 1 Noyabr 2010 12:36 (UTC +04:00)
Hərbçilərimiz Türkiyə ilə ikitərəfli əməkdaşlıq planına əsasən, Ankarada noyabrın 1-dən 5-dək İdman səhiyyəsində idmanın reabilitasiyası, noyabrın 1-dən 12-dək Xəstəxana infeksiya nəzarəti, Terrorizm və Kütləvi İnformasiya Vasitələri, Hava əməliyyatı üzrə təkmilləşdirilmiş terminologiya, Silahlı münaqişə hüququ kurslarına, noyabrın 8-9-da isə Dəniz təhlükəsizliyi və terrorizmə qarşı mübarizə kursuna qatılacaqlar.
Azərbaycan hərbçiləri Türkiyə və ABŞ hərbçiləri ilə birgə hərbi tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbçiləri Türkiyə və ABŞ hərbçiləri ilə birgə hərbi tədbirlərdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, hərbçilərimiz Türkiyə ilə ikitərəfli əməkdaşlıq planına əsasən, Ankarada noyabrın 1-dən 5-dək İdman səhiyyəsində idmanın reabilitasiyası, noyabrın 1-dən 12-dək Xəstəxana infeksiya nəzarəti, Terrorizm və Kütləvi İnformasiya Vasitələri, Hava əməliyyatı üzrə təkmilləşdirilmiş terminologiya, Silahlı münaqişə hüququ kurslarına, noyabrın 8-9-da isə Dəniz təhlükəsizliyi və terrorizmə qarşı mübarizə kursuna qatılacaq.

Noyabrın 4-dən 6-dək İzmirdə Hərbi Hava Qüvvələri Komandanları konfransı keçiriləcək.

Azərbaycan hərbçiləri Azərbaycan-ABŞ iş planına əsasən, noyabrın 10-dan 12-dək Buxarestdə "Qara Dəniz Rotasiya Qüvvələri 2011" təliminin Əsas Planlaşdırma Konfransında, noyabrın 13-dən 20-dək isə "Avrasiya tərəfdaşlığı 2010" tədbirində iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti