...

Türkiyə Prezidenti Türkmənistana gəlib

Siyasət Materials 11 Noyabr 2010 20:59 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 11 noyabr /Trend, müxbir H.Həsənov/

Türkiyə Prezidenti Abdullah Gül Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla əməkdaşlıq məsələləri ilə bağlı danışıqlarda iştirak etmək üçün Xəzəryanı şəhər Türkmənbaşıya ikigünlük səfərə gəlib. Bu barədə rəsmi tükmən mənbəsi məlumat verib.

Ankara Xəzəryanı ölkə ilə enerjidaşıyıcıların Xəzər və Türkiyə vasitəsilə Avropaya nəqlində, o cümlədən Aİ-nin lobbiçilik etdiyi "Nabukko" qaz boru kəməri layihəsinin həyata keçirilməsində maraqlıdır. Aşqabad Türkiyə şirkətlərini Xəzərdə "Avaza" dəniz kurortunun tikintisinə də cəlb etmək istəyir.

Noyabrın 12-də geniş tərkibdə danışıqlar planlaşdırılıb. Hazırda Türkmənistanda Türkiyə kapitalının iştirakı ilə 600-ə yaxın müəssisə qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti