...

Bakıda Azərbaycan və Polşa arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Siyasət Materials 12 Noyabr 2010 12:21 (UTC +04:00)
Bakıda Azərbaycan və Polşa arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.
Bakıda Azərbaycan və Polşa arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bakıda Azərbaycan və Polşa arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, noyabrın 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Polşanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Labendanı qəbul edib.

Görüşdə Polşa ilə Azərbaycan arasında dostluq və hərbi əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Polşa ilə hərbi əməkdaşlıq münasibətləri mövcuddur.

Xəbər lenti

Xəbər lenti