...

Rusiya Prezidenti Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammitində iştirak edəcək

Siyasət Materials 15 Noyabr 2010 13:55 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində iştirak edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti Bakıda keçiriləcək Xəzəryanı ölkələrin sammitində iştirak edəcək

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində iştirak edəcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sammit beş Xəzəryanı ölkənin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəhbərlərinin iştirakı ilə keçiriləcək.

Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin imzalanacağı gözlənilir.

Noyabrın 3-4-də Bakıda beş Xəzəryanı ölkənin xarici işlər nazirləri müavinlərinin Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş layihəsinin razılaşdırılması üzrə iclası keçirilib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti