...

Əfqanıstandakı itkilərə baxmayaraq, gürcü hərbçilərin əksəriyyəti oxşar missiyalarda iştirak etmək istəyir - nazir

Siyasət Materials 16 Noyabr 2010 10:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün gecə Gürcüstan Silahlı Qüvvələri 31-ci batalyonunun 130-dək hərbi qulluqçusu Əfqanıstandan Gürcüstana qayıdıb. Alekseyevka hərbi aerodromunda əsgərləri müdafiə naziri Baço Axalaya və ABŞ-ın Gürcüstandakı səfiri Con Bas qarşılayıb.

Onların hərbçilərlə görüşü qapalı xarakter daşıyıb.

Görüşdən sonra amerikalı diplomatın bəyan etdiyi kimi, o, Gürcüstan batalyonunun Əfqanıstanda hərbi missiyanı son dərəcə uğurla yerinə yetirməsindən sonra qayıtmasından çox şaddır.

Müdafiə naziri Baço Axalayanın qiymətləndirməsinə görə, Gürcüstan SQ 31-ci batalyon simasında yaxşı təhsil görmüş və yaxşı təcrübəyə malik bölməyə malikdir. "İtkilərə baxmayaraq, bu batalyon missiyanı uğurla yerinə yetirə bilib. Batalyondakı hərbçilərin əksəriyyəti oxşar missiyalarda yenə də iştirak etmək istədiklərini ifadə edirlər", - Axaliya bəyan eidb.

Gürcü hərbçiləri Əfqanıstanın Gilmənd əyalətində ABŞ kontingentinin tərkibində xidmət edirlər.

Son iki ay ərzində 31-ci batalyon beş əsgər itirib.

Xəbər lenti

Xəbər lenti