...

Gürcü diplomatlar Malayziyada narkotik maddə qaçaqmalçılığında şübhəli bilinərək həbs olunan gürcü vətəndaşı ilə görüşüblər

Siyasət Materials 29 Noyabr 2010 14:59 (UTC +04:00)
Gürcü diplomatlar Malayziyada həbs olunan gürcü vətəndaşlarından biri Babutsa Qordadze ilə görüşüblər.
Gürcü diplomatlar Malayziyada narkotik maddə qaçaqmalçılığında şübhəli bilinərək həbs olunan gürcü vətəndaşı ilə görüşüblər

Gürcüstan, Tbilisi, 29 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcü diplomatlar Malayziyada həbs olunan gürcü vətəndaşlarından biri Babutsa Qordadze ilə görüşüblər. Bu barədə Gürcüstan XİN rəhbərinin müavini Nino Kalandadze bu gün jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, gürcü tərəfin nümayəndələri onunla danışıblar və baş verənlərlə bağlı onun versiyasının dinləyiblər. Gürcü diplomatlar Qordadzenin işini aparan müstəntiqlə görüşüblər. Digər saxlanılanın müstəntiqi ilə də görüş planlaşdırılıb.

Gürcüstanın nümayəndə heyəti Malayziya XİN nümayəndələri ilə də danışıqlar aparmaq fikrindədirlər. "Biz danışıqların bu rejimini saxlayacağıq, baxmayaraq ki, bunun çox ciddi məsələ olduğunu anlayırıq", - Kalandadze bəyan edib.

Gürcüstanın iki vətəndaşı - Babutsa Qordadze və Darejan Koxtaşvili oktyabrın sonlarında narkotik maddə qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. Yerli qanunlara görə, onları ölüm cəzası gözləyir.

Gürcüstanın hüquq-mühafizə orqanları bu ittihamla Babutsa Qordadzenin əri Eldar Davitianini də həbs ediblər.

Malayziyada saxlanılan Darejan Koxtaşvilinin işi üzrə ilk məhkəmə noyabrın 8-də keçirilib. Ona qarşı Malayziya məhkəməsi hökm çıxarıb. Onun işi üzrə ikinci məhkəmə dekabrın 5-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti