...

Rusiyanın İnterpol vasitəsilə axtarışa verdiyi şəxs Azərbaycanda tututlub

Siyasət Materials 8 Dekabr 2010 14:30 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Eldəniz İsrail oğlu Behbudov 2000-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinərək barəsində bu ölkənin Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə cinayət işi qaldırılaraq İnterpol vasitəsilə axtarışa verilib.
Rusiyanın İnterpol vasitəsilə axtarışa verdiyi şəxs Azərbaycanda tututlub

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Rusiya tərəfindən beynəlxalq axtarışa verilmiş şəxs Penitensiar Xidmətin əməkdaşları tərəfindən saxlanılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Eldəniz İsrail oğlu Behbudov 2000-ci ildən Rusiya Federasiyasının Moskva şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinərək barəsində bu ölkənin Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə cinayət işi qaldırılaraq İnterpol vasitəsilə axtarışa verilib.

1970-ci il təvəllüdlü Goranboy rayon sakini Eldəniz İsrail oğlu Behbudov Penitensiar Xidmətin və 9 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Dekabrın 7-də Behbudov Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum M.B.İsgəndərovun yanına görüşə gəlib. Bununla əlaqədar Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müvafiq məlumat verilib və həmin idarənin polis əməkdaşları ilə birgə cinayətkar yaxalanıb.

Xəbər lenti

Xəbər lenti