...

MDB-nin növbəti sədri Tacikistan olacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Dekabr 2010 19:45 (UTC +04:00)
Gələn il MDB-də sədrlik Tacikistana keçir. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev cümə günü Birlik ölkələrinin dövlət başçılarının geniş iclasında bildirib.
MDB-nin növbəti sədri Tacikistan olacaq (ƏLAVƏ OLUNUB)

RED. əlav.: birinci abzasdan sonra ətraflı məlumat əlavə olunub

Gələn il MDB-də sədrlik Tacikistana keçir. Bu barədə Rusiya Prezidenti Dmitri Medvedev cümə günü Birlik ölkələrinin dövlət başçılarının geniş iclasında bildirib.

Medvedev qeyd edib ki, gələn ilin sonunda Moskvada MDB-nin qeyri-formal sammiti keçiriləcək. Məlumatı RİA Novosti yayıb.

MDB-nin hazırkı sədri Rusiyadır. Sədr ildə bir dəfə dəyişir. Gələn il MDB-də sədrliyin Tacikistana keçməsi Birlik ölkələrinin dövlət başçılarının geniş iclasında qəbul edilib. MDB ölkələrinin növbəti planlı sammiti gələn ilin sentyabrında Düşənbədə keçiriləcək.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

MDB 1991-ci il dekabrın 8-də Brest yaxınlığında Viskuli malikanəsində (Belovejsk meşəliyində) "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında saziş" imzalandıqdan sonra yaradılıb. Hazırda MDB-nin tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna daxildir.

Xəbər lenti

Xəbər lenti