...

Azərbaycan Prokurorluğunun yenidən formalaşması ümummilli liderin apardığı məhkəmə-hüquq islahatlarının nəticəsidir - idarə rəisi

Siyasət Materials 13 Dekabr 2010 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Azərbaycan Respublikası Prokurorluğunun müstəqil dövlətimizin əsas təsisatlarından biri kimi tamamilə yenidən formalaşması ümummilli liderin rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olub. Bunu Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov deyib.

"Azərbaycan Respublikası Prokurorluğunun müstəqil dövlətimizin əsas təsisatlarından biri kimi tamamilə yenidən formalaşması, demokratik dəyərlərə uyğun şəkildə və müasir məzmunda yeniləşməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəçisinə çevrilməsi, yüksək tələbkarlıq şəraitində fəaliyyət göstərməklə, milli maraqlarımızın təmin olunmasına xidmət edən bir qurum kimi daha da təkmilləşməsi məhz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olub", - idarə rəisi bildirib.

Əhmədov deyib ki, dünya şöhrətli dövlət və siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində müstəqilliyə yenicə qədəm qoymuş dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində əlverişli siyasi şəraitdən bəhrələnərək, xalqımızın müstəqillik, azadlıq kimi ideyalarını tam reallaşdırıb, eyni zamanda bügünkü nailiyyətlərimizin əsasını qoyub.

Onun sözlərinə görə, güclü iradəyə və tükənməz enerjiyə malik olan dahi şəxsiyyətin həyat və fəaliyyəti daima hər birimizə nümunə olacaq.

"Ulu öndərimiz Heydər Əliyevin keçdiyi zəngin və mənalı həyat yolunu öyrənmək, xalqımız üçün gördüyü işlərin əhəmiyyətini dərk edib ideyalarını yaşatmaq, eyni zamanda gənc nəsillərə çatdırmaq hər bir vətəndaşın, eləcə də prokurorluq orqanları əməkdaşlarının şərəfli işidir", - idarə rəisi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti