Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 99 nəfəri saxlayıblar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Noyabr ayı ərzində 17 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 27 nəfər saxlanılıb.
Saxlanılan 27 sərhəd pozucusundan 17-si Azərbaycan, 3-ü İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü Rusiya, 1-i Pakistan vətəndaşıdır.
Noyabrda sərhədçilər qanunsuz dövriyyədən 20 halda 6 kiloqrama yaxın narkotik maddə çıxarıblar.
Həmçinin, 73 halda ümumi dəyəri 246 857 manat olan qaçaqmal saxlanılıb.