...

İranın Qərbi Azərbaycan əyalətinin başçısı Azərbaycanın Təbrizdəki baş konsulu ilə görüşüb

Siyasət Materials 29 Dekabr 2010 17:21 (UTC +04:00)
İranın Qərbi Azərbaycan əyalətinin başçısı Vahid Cəlalzadə dekabrın 29-da Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə ilə görüşüb.
İranın Qərbi Azərbaycan əyalətinin başçısı Azərbaycanın Təbrizdəki baş konsulu ilə görüşüb

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

İranın Qərbi Azərbaycan əyalətinin başçısı Vahid Cəlalzadə dekabrın 29-da Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə ilə görüşüb. Məlumatı MEHR xəbər agentliyi yayıb.

Görüşdə Cəlalzadə Qərbi Azərbaycan əyalətinin Azərbaycanda tikinti sektoru və yol tikintisi sahəsində iştirak etməkdə maraqlı olduğunu bildirib. O, həmçinin deyib ki, Qərbi Azərbaycan əyaləti üç ölkə ilə həmsərhəddir və əyalətin qonşu ölkələrin sərhəd regionları ilə əlaqələri inkişaf etdirmək üçün böyük potensialı var.

Cəlalzadə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talibovu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və onu Qərbi Azərbaycan əyalətinə rəsmi səfərə dəvət edib.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İran və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin və bu əlaqələrin qədim tarixi olduğunu vurğulayıb.

Əlizadə deyib ki, iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə geniş potensial var və Azərbaycan İranın Qərbi Azərbaycan əyaləti ilə idman, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq etməkdə maraqlıdır.

Xəbər lenti

Xəbər lenti