...

Diplomatik yazışmanın qorunması söz azadlığının əsaslarını sarsıtmır – ABŞ səfiri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Yanvar 2011 18:56 (UTC +04:00)
Diplomatik yazışma istənilən ölkədə var və fərdi yazışma hesab edilir. Bu, söz azadlığı məsələsi deyil. ABŞ-ın Qazaxıstandakı səfiri Riçard Houqland bu yaxınlarda qalmaqalları ilə məşhur olan "WikiLeaks" saytının amerikalı diplomatların yazışmalarını ifşa etməsini şərh edərkən bildirib.
Diplomatik yazışmanın qorunması söz azadlığının əsaslarını sarsıtmır – ABŞ səfiri (ƏLAVƏ OLUNUB)

Altıncı abzasdan sonra Houqlandın Pakistana keçirilməsi barədə məlumat yenilənib

Qazaxıstan, Astana, 5 yanvar /Trend, müxbir A.Maratov/

Diplomatik yazışma istənilən ölkədə var və fərdi yazışma hesab edilir. Bu, söz azadlığı məsələsi deyil. ABŞ-ın Qazaxıstandakı səfiri Riçard Houqland bu yaxınlarda qalmaqalları ilə məşhur olan "WikiLeaks" saytının amerikalı diplomatların yazışmalarını ifşa etməsini şərh edərkən bildirib.

"İstənilən ölkənin hakimiyyətinin vicdanlı, müdafiə olunmuş formatda, ertəsi gün mətbuatda dərc olunacağını gözləmədən fərdi qaydada danışıqlar aparmaq imkanı olmalıdır", - Houqland öz missiyasının başa çatması münasibətilə çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

"WikiLeaks" saytı ətrafında qalmaqal ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarının sənədlərinin saytda dərc olunmasından sonra başlayıb.

"Tam məxfi" qrifinin olduğu sənədlərdə Prezident Barak Obama administrasiyasının böhran və münaqişələrlə bağlı yazışmasının detalları açıqlanır. Məktubda dünya liderlərinin ünvanına tam xoşagəlməz ifadələr yer alıb. Saytda deyildiyi kimi, ABŞ-ın müxtəlif ölkələrdəki diplomatik missiyalarından 250 min məxfi diplomatik məktub və teleqramdan ibarət toplu bir vaxt istifadə oluna biləcək məxfi sənədlər kolleksiyasından ibarətdir. Bu sənədlərin həqiqiliyi dünya liderlərinin əksəriyyəti tərəfindən şübhə altına alınıb.

Səfir Houqland diplomatik yazışmaların müdafiə olunmasının zəruriliyindən danışarkən hər bir insanın şəxsi yazışmaları ilə paralellər aparıb.

"Bizə necə xoş gələ bilər ki, kimsə sizin mənzilinizə soxulsun və sizin, eləcə də ailənizin şəxsi məktublarını götürsün və sonradan onları KİV-də çap etsin? - səfir sual verir. - Kiminsə bunu söz azadlığı hesab edəcəyini düşünmürəm".

Son vaxtlar ABŞ-da məmurların, o cümlədən "WikiLeaks" qalmaqalı ilə əlaqədar səfirlərin yerdəyişmələri baş verir. Xüsusilə də sənədlərdən birində göstərilib ki, guya Houqland deyib ki, "Qazaxıstan rəhbərlərinin çoxu öz gəlirləri hesabına yaşamırlar, əksər hallarda onlar həyat yoldaşlarının və qohumlarının adına qeydə alınan biznesdən gəlir əldə edirlər, digər hallarda isə cəmiyyətin vəsaitlərini oğurlayırlar".

Houqlond özünün Pakistana səfir müavini vəzifəsinə köçürülməsini "WikiLeaks"lə əlaqələndirmir.

"ABŞ hökumətinin siyasəti bu teleqramların reallığını dəstəkləməkdən ibarət deyil. Bəzi hallarda "Wikileaks"in xəbərləri kimi təqdim edilən yalan teleqramlar da yer alıb. Lakin bunlar həmin ölkələrin xüsusi xidmət orqanları tərəfindən hazırlanan saxta məlumatlar olub", - səfir qeyd edib.

O, onu da əlavə edib ki, ABŞ dövlət katibi Hillari Klintonun və Qazaxıstanın dövlət katibi Kanat Saudabayevin birgə mətbuat konfransında sonuncu əmin edib ki, "dərc edilən teleqramlar ikitərəfli münasibətlərə hər hansı bir təsir göstərməyəcək".

Pakistana köçürülməyə gəldikdə, Houqland qeyd edib ki, səfir müavini vəzifəsi formal olaraq səfir vəzifəsindən bir pillə aşağıdır, lakin Pakistandakı səfir müavininin məsuliyyəti yəqin ki, hətta Qazaxıstandakı səfir vəzifəsindən də yüksəkdir.

"Bizim dünyada səfir müavininin olduğu cəmi üç səfirliyimiz var: Bağdad, Kabil və İslamabadda", - o, jurnalistlərin sualına cavabında deyib.

Xəbər lenti

Xəbər lenti