...

Azərbaycanın xarci işlər naziri İsveçrənin yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 12 Yanvar 2011 17:24 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabin Pulmanı qəbul edib.
Azərbaycanın xarci işlər naziri İsveçrənin yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Sabin Pulmanı qəbul edib. Bu barədə çərşənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.

Etimadnamənin surətini təqdim edən səfir Pulman ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq İsveçrə-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.

Öz növbəsində nazir Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə isveçrəli diplomatı təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti