...

Rusiya-Azərbaycan münasibətlərinin əsasında qarşılıqlı maraq balansı dayanır – Rusiya səfiri

Siyasət Materials 13 Yanvar 2011 14:33 (UTC +04:00)
Rusiyanın xarici siyasətində Azərbaycanın yeri birincisi coğrafi qonşuluqla, ikincisi Rusiya üçün vacib olan Xəzər və Qafqaz regionlarında geosiyasi vəziyyətlə, üçüncüsü Rusiya və Azərbaycanın MDB-də iştirakı, dördüncüsü iki ölkə arasında münasibətlərin tarixi keçmişinin nadir xüsusiyyəti ilə müəyyən olunur.
Rusiya-Azərbaycan münasibətlərinin əsasında qarşılıqlı maraq balansı dayanır – Rusiya səfiri

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Rusiyanın xarici siyasətində Azərbaycanın yeri birincisi coğrafi qonşuluqla, ikincisi Rusiya üçün vacib olan Xəzər və Qafqaz regionlarında geosiyasi vəziyyətlə, üçüncüsü Rusiya və Azərbaycanın MDB-də iştirakı, dördüncüsü iki ölkə arasında münasibətlərin tarixi keçmişinin nadir xüsusiyyəti ilə müəyyən olunur. Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin "Vestnik Qafqaza" agentliyinə 2010-cu ilin yekunları barədə verdiyi müsahibədə bildirib.

"Rusiya və Azərbaycan bizim strateji tərəfdaşlıq adlandırdığımız qarşılıqlı münasibətlər xəttini seçib. Onun əsasında suverenliyə hörmət və bir-biri ilə fəaliyyət azadlığı, qarşılıqlı maraq balansı dayanır. Zaman bizim doğru yolda olduğumuzu göstərir",- o, deyib.

Bu planda 2010-cu il əlamətdar olub, səfir hesab edir.

"Biz çətin və incə bir məsələ üzrə razılığa gəlməyə nail olduq - Rusiya və Azərbaycan arasında sərhəddin bölüşdürülməsi. İki ölkənin bu barədə razılığa gəlməsi üçün 15 il keçdi və nəhayət ki, onlar kompromisə gəldilər", - Doroxin deyib.

Sərhədi keçmə xətti Samur çayının su ehtiyatlarının birgə istifadəsi ilə bağlıdır, o, deyib.

"Nəticə də maraqlıdr - sərhəd bizi bölüşdürmür, əksinə daha da sıx əlaqələndirir. Rusiya-Azərbaycan münasibətləri bu üsulla yüksək qarşılıqlı etibar səviyyəsinə çatıb. Bu münasibətlər bütün sahələrdə inkişaf edir. Bizim əminliklə irəliyə doğru getməyimiz üçün yaxşı əsas var", - Doroxin deyib.

Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında rolunu qiymətləndirərərək Doroxin qeyd edib ki, Moskvanın rolu göz qabağındandır.

"Moskva ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə, həmçinin Azərbaycan və Ermənistan ilə ikitərəfli münasibətlər potensialından yüksək səviyyədə istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması üçün ondan asılı olan hər şeyi edir və gələcəkdə də edəcək", - o, deyib.

Səfirin sözlərinə görə, Rusiya qeyri-enerji sektorunda Azərbaycanın mühüm ticari-iqtisadi tərəfdaşıdır.

"Rusiyanın Azərbaycana tədarüklərinin 90 faizini maşınqayırma, avtomobil və kimya sənayesi malları, metal, meşə məmulatları və inşaat materialları, ərzaq, kənd təsərrüfatı məhsulları təşkil edir. Rusiya bazarında ixrac olunan bütün Azərbaycan məhsullarının böyük hissəsi satılır", - o, deyib.

Səfirin sözlərinə görə, Rusiyada iki milyon yarım azərbaycanlı yaşayır. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin nə qədər həyati əhəmiyyətli olduğundan xəbər verir, o, hesab edir.

"Xoşbəxtlikdən, bu əlaqələrin dinamikası müsbət xarakterlidir.Biz tədricən böhrana qədərki səviyyəyə qalxaraq yeni layihələr üzərində işləyirik", - o, deyib.

Doroxinin sözlərinə görə, son dövrlərə qədər Rusiya və Azərbaycan arasında energetika sahəsində əlaqələr elə bir həddə çatıb ki, Rusiyanın "Lukoyl" şirkəti Azərbaycan ərazisində onlarla YDM istismara verib və "Şah Dəniz" qaz layihəsində 10 faizlik payla iştirak edib.

2010-cu ildə Azərbaycandan Rusiyaya təbii qazın nəqlinə başlanılıb. 2011-ci ildə onların həcmi iki dəfə artırılaraq 2 milyard kubmetrə çatacaq, səfir deyib.

"İki ölkənin enerji potensialını nəzərə alaraq bu sahədə işlər əlbəttə ki, bitməməlidir. Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı energetika sahəsində xüsusi Rusiya-Azərbaycan sammiti keçirmək barədə razılığa gəlinib", - o, deyib.

Söhbət qarşılıqlı maraq əsasında dünya bazarlarında strateji planda fəaliyyəti uyğunlaşdırmaqdan gedir, səfir bildirib və hazırda sammitə hazırlıq işləri getdiyini deyib.

Lavrov Rusiya və Azərbaycan mədəni əməkdaşlığının səviyyəsini yüksək qiymətləndirib.

Azərbaycan müsəlman və türk mədəniyyətinin üzvi hissəsi olmaqla Rusiya mədəni arealı ilə əlaqəni unikal şəkildə saxlayır, o, hesab edir.

"Səfir olaraq fəxr edirəm ki, 2010-cu ildə Azərbaycanın mədəni həyatındakı Mstislav Rostropoviç festivalı, Çexov adına teatr festivalı və s. kimi böyük hadisələr bu və ya digər şəkildə Rusiya və onun mədəniyyəti ilə bağlıdır", - Doroxin deyib.

Rusiya ali məktəblərində 6 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır, səfir deyib.

"Azərbaycandan bu qədər sayda təqaüdüçünün olduğu digər ölkə tanımıram. Nəzərə alın ki, 800-900 nəfər Rusiyaya dövlət proqramı üzrə gedib. Qalanları Rusiya ali məktəblərini heç bir təşviqat olmadan, könüllü olaraq seçiblər və orada öz hesablarına təhsil alırlar. Bu mənim qeyd etdiyim həqiqətlərin hələ bir təzahürüdür", - Doroxin deyib.

Azərbaycanda rus dilinin mövqeyinin möhkəmliyi ölkənin geniş ictimaiyyətinin ona olan tələbatının saxlanılması ilə təmin olunur, səfir hesab edir. "Azərbaycan rəhbərliyi bu tələblərin gerçəkləşmısi üçün hər bir şəraiti yaradır", - Doroxin deyib.

"Moskvadan rus dilində dərsliklər və digər ədəbiyyatların gətirildiyi vaxtlar olub, lakin indi hər şey arxada qalıb. Hazırda Azərbaycanın orta və ali məktəblərində rusdilli sektor möhkəm maddi və pedaqoji bazaya malikdir", - o, bildirib.

Səfirin sözlərinə görə, səfirlik hər şeydən əvvəl rus dili müəllimlərinə mütərəqqi rus təcrübəsi əsasında metodiki yardım göstərmək və Azərbaycan rusistlərinin Rusiyanın dilçilik mərkəzləri ilə əlaqə yaratmasına dəstək olmağı öz vəzifəsi hesab edir.

"Buna tələbat çox böyükdür. Bunu mümkün qədər böyük miqyasda həyata keçirmək üçün güc və vəsaitimizin kifayət edəcəyinə ümid edirik", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti