Azərbaycan həmişə Avropa İttifaqının dəstəyinini hiss edib - Prezident İlham Əliyev

Azərbaycan həmişə Avropa İttifaqının dəstəyinini hiss edib  - Prezident İlham Əliyev

Yanvarın 13-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun mətbuat konfransı olmuşdur, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Prezident İlham Əliyev və Xose Manuel Barrozu bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

-Hörmətli cənab sədr!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

İlk növbədə, mən sizi, Avropa Komissiyasının sədri cənab Barrozunu bir daha burada salamlamaq istərdim. Eyni zamanda, dəvətimizi qəbul edib 2011-ci ilin əvvəlində ölkəmizə səfər etdiyinizə görə minnətdarlığımızı bildiririk. Bu, ilin çox yaxşı bir başlanğıcıdır və hesab edirik ki, Avropa təsisatları ilə Azərbaycan arasında olan münasibətlərin çox gözəl göstəricisidir. Bu münasibətlərin çox yaxşı tarixi var. Müstəqilliyimizin ilk günlərindən biz Avropa İttifaqının dəstəyini hiss etmişik və indi də hiss edirik.

Eyni zamanda, Avropa Komissiyası sədrinin səfəri tərəfdaşlığımızın bugünkü səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər bizim münasibətlərimizin gələcək inkişafına yönəlibdir. Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. Hazırda Azərbaycanın da üzvü olduğu "Şərq tərəfdaşlığı" proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunmuşdur.

Bu gün apardığımız müzakirələr, səmimi və çox mehriban söhbət zamanı biz, demək olar ki, ikitərəfli əlaqələrimizin hər bir aspektini nəzərdən keçirdik. Biz iqtisadi inkişafa, iqtisadi əməkdaşlığa aid olan məsələləri, siyasi islahatları müzakirə etdik, Azərbaycanda aparılan islahatları, demokratikləşmə prosesini nəzərdən keçirdik, regional vəziyyət və təhlükəsizliklə bağlı olan vəziyyət haqqında fikir mübadiləsi etdik. Enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərindən də danışdıq və eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini də müzakirə etdik. Bir sözlə, biz gördük ki, hər iki tərəfin ümumi bir istəyi, arzusu vardır ki, bu münasibətlər inkişaf etdirilsin və gələcək illərdə, onilliklərdə tərəfdaşlıq daha da güclənsin.

Bu gün söhbətimizin əsas mövzuları arasında enerji sahəsində əməkdaşlıq məsələsi dayanır. Biz elə indicə Cənub qaz dəhlizi haqqında Birgə bəyannaməyə imza atdıq. Bu da çox məzmunlu, mühüm bir sənəddir və enerji əməkdaşlığının bütün aspektlərini, Avropa təsisatları ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığı əhatə edir.

Azərbaycan etibarlı tərəfdaşdır və Azərbaycanın neft əməliyyatlarının uzun tarixi var. Dünyada ilk dəfə Azərbaycanda neft hasil edilmiş, o cümlədən sənaye üsulu ilə dənizdə neft hasilatı dünyada ilk dəfə məhz Azərbaycanda baş vermişdir. Müstəqil ölkə olaraq biz öz enerji siyasətimizi 1990-cı illərin ortalarından bu günə qədər aparırıq və bu baxımdan Azərbaycanın siyasəti çox açıq, səmimi, şəffaf olmuşdur. Biz milyardlarla dollar xarici sərmayə cəlb edə bildik və bu gün artıq bizim müxtəlif marşrutlarımız vardır. Bizim 7 boru kəmərimiz mövcuddur. Bu infrastruktur neft və qaz yataqlarımızdan enerji resurslarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan yaradır. Biz çoxlu maliyyə resursları əldə etmişik və bu, bizim enerji siyasətimiz nəticəsində mümkün olmuşdur. Bu gün isə biz enerji inkişafımızın yeni bir mərhələsindəyik və Avropa təsisatları ilə münasibətlərimiz bizim üçün çox əhəmiyyətlidir. Enerji təhlükəsizliyi məsələsi, enerji təchizatının şaxələndirilməsi hasilatçılar, istehlakçılar, tranzit ölkələr üçün eyni dərəcədə vacibdir. Zənnimcə, maraqların kombinasiyası və səylərin bir araya yönəldilməsi və bunun bir növ sinxronlaşdırılması bizim planlarımızın uğurla həyata keçirilməsi üçün əsas ilkin şərtdir. Azərbaycan əvvəldən Cənub enerji dəhlizinə dəstək vermişdir. Əslində, bu, elə Azərbaycanın başladığı layihəyə yönəlir: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri - məhz bunlar bu istiqamətdə həyata keçirilən ilk təşəbbüs olmuşdur. Bundan sonra isə biz nəql dəhlizləri üzərində işləməyə başladıq, çünki bilirik ki, bu dəhlizlər bizim prioritetlərimizdən biridir və bu istiqamətdə apardığımız ciddi bir işdir. Zənnimcə, bu gün imzaladığımız Birgə bəyannamənin yaxşı gələcəyi vardır. Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa İttifaqı, Avropa təsisatları ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcəkdir.

Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasında idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik. Fakt ondan ibarətdir ki, artıq uzun illərdir, Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdilər. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcəkdir.

Mən bir daha qeyd etmək istəyirəm ki, bizim ikitərəfli gündəliyimiz çox genişdir. Çox şadam ki, cənab sədri Azərbaycanda qəbul edirəm. Mən çox şadam ki, 2011-ci il məhz burada, Bakıda belə mühüm səfərlə başlayır. Əminəm ki, belə tərəfdaşlıq ruhu bizim ikitərəfli münasibətlərimizdə həmişə əsas yer tutacaq və gələn aylar ərzində daha çox müsbət nəticələrimiz olacaqdır. Cənab sədr, ölkəmizə səfər etdiyinizə görə çox sağ olun və mən sizə səfərinizin yaxşı keçməsini arzulayıram.

X X X

Avropa Komissiyasın dri Xose Manuel Barrozunun yanatı

-Sağ olun, cənab Prezident. Mən də bu gün burada, Bakıda olmaqdan çox məmnunam və Sizin xeyirxah dəvətinizi, Prezident Əliyevin dəvətini qəbul etdim.

Prezident Əliyevlə görüş çox açıq və səmimi, dostluq, mehribanlıq şəraitində keçdi və biz olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Bildiyiniz kimi, bu məsələlər həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Biz Azərbaycan ilə Avropa İttifaqı arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdaram. Mən sabah da buradayam və hesab edirəm ki, çıxışlarım olacaqdır. Mən Bakı Dövlət Universitetində çıxış edəcəyəm və bilirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk olaraq bir çox mütərəqqi işlər görmüşdür. Çox sağ olun, mənə belə bir fürsət yaratmısınız ki, səfərimi belə başlayım və eyni zamanda, sabah həmin ali təhsil ocağında çıxış edim.

Avropa İttifaqı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir. Bu gün Prezident bildirdi ki, o, Avropa İttifaqının "Şərq tərəfdaşlığı"nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamlandırıcı amil kimi qəbul edir. Bu, əlbəttə ki, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab Prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır.

İkitərəfli tərəfdaşlığımıza gəldikdə, bildiyiniz kimi, yeni Assosiasiya Sazişi mövcuddur ki, bununla bağlı artıq danışıqlar başlanıbdır. Məqsəd bizim strateji əlaqələrimizi daha da dərinləşdirmək və Azərbaycanı Avropa İttifaqının bazarına daha da yaxın etməkdən ibarətdir. Eyni zamanda, mən böyük məmnunluqla bildirirəm ki, biz vizanın asanlaşdırılması sazişi üzərində də danışıqlara başlayacağıq. Bu da yaxın gələcəkdə baş verəcək, Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərlərini daha da asanlaşdıracaqdır. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli məsələdir ki, insanlar arasında təmaslar daha da sıx olsun.

Eyni zamanda, Avropa İttifaqı siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir.

Eyni zamanda, hesab edirik ki, bizim enerji sahəsində əməkdaşlığımız çox yaxşı qurulubdur. Burada, mənim nümayəndə heyətimdə cənab Günter Ottinger də var, o da xüsusi olaraq məhz həmin məsələlərlə məşğuldur. Mən Prezident İlham Əliyevlə ikitərəfli dialoq apardım. Azərbaycan bu sahədə Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Biz hesab edirik ki, Azərbaycan həm hasilatçı, həm tranzit ölkə kimi çox mühüm rol oynayır. Əslində, Azərbaycan şaxələndirmə məsələsinə ilk yol açan bir ölkə rolunu oynayır. Çünki biz bilirik ki, hələ Azərbaycan 1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin həyata keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi. İndi isə artıq növbə qazındır. Elə buna görə də biz bu gün Cənub qaz dəhlizi ilə bağlı Birgə bəyannaməni imzaladıq. Bu da Avropa İttifaqının Azərbaycan qazını birbaşa almasına imkan yaradacaqdır. Bu dəhlizin yaradılması bizim müştərək strateji marağımızdan irəli gəlir.

Bu da çox vacibdir ki, bizim təhlükəsizliyimiz və enerji təchizatımızın şaxələndirilməsi olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır. Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa İttifaqına idxala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, "Şahdəniz" qaz yatağı da yaxın vaxtlarda işlənilsin. Ümidvaram, bu, bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan XXI əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaqdır.

Xanımlar və cənablar, biz bir çox digər məsələləri də müzakirə etdik, regional vəziyyəti nəzərdən keçirdik. Mən xüsusi olaraq Azərbaycanın bu gün Əfqanıstanda sülhün təmin edilməsində, İraq və Kosovoda oynadığı rolu yüksək dəyərləndirdim və bildirirəm ki, bunu Avropa İttifaqı da çox yüksək dəyərləndirir.

Bu regiona gəldikdə, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək, Prezident Əliyevə və sizə demək istəyirəm: həmin münaqişədən əziyyət çəkmiş bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Eyni zamanda, əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcəkdir. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik.

Bildiyiniz kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında faydalı əməkdaşlıq artıq göz qabağındadır. Eyni zamanda, bu gün Azərbaycan ilə imzaladığımız sənədlər Avropa İttifaqı ilə tərəfdaşlığı daha da gücləndirəcəkdir. İndi isə daha əlavə addımlar atılmalıdır. Söhbət təkcə enerji sahəsindən getmir, digər sahələrdən də gedir. Məsələn, biz təhsil sahəsində əməkdaşlıq edə bilərik. Bu, bizim ürəyimizə çox yaxın olan bir məsələdir. Prezident Əliyev də bunu qeyd etdi ki, biz bu müasirləşdirməni birlikdə irəliyə doğru aparmalıyıq. Biz qarşısına qoyduğu məqsədlərə nail olmaqda cənab Prezidentlə birgə işləməyi ürəkdən arzulayırıq və bunu səbirsizliklə gözləyirik.

Mənə deyirdilər ki, qışın bu vaxtında bəlkə Bakıya səfər etməyim. Amma dedim ki, buna inanmıram, çünki Bakıda hava şəraiti tamamilə fərqlidir və buradakı insanlar da çox gözəl və cazibədardır. Yəni belə bir tərəfdaş ölkəni belə bir şəraitdə görəndə, həqiqətən, insanın ürəyi açılır. Eyni zamanda, mən görürəm, burada nəinki gözəl şərait yaradılıb, həm də ətrafda çox gözəl inkişaf da var.

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu jurnalistlərin suallarına cavab verdilər.

X X X

-"Der Spiegel" jurnalının müxbiri: Cənab Prezident Əliyev, "Cənub qaz dəhlizi"nin ölkəniz üçün strateji əhəmiyyəti nədən ibarətdir? Cənab Barrozu, bu gün imzalanmış sənəd - bəyannamə bir növ sıçrayışdırmı, irəliləyişdirmi?

İLHAM ƏLİYEV: Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan fəal surətdə çalışır ki, öz enerji resurslarını dünya bazarlarına çatdırsın. Biz neft hasilatından başladıq və beləliklə, neft kəmərini tikdik. Hazırda bizim şaxələndirilmiş nəqletmə marşrutlarımız var. İndi 3 neft kəməri var ki, bizim neftimizi Qara dənizə və Aralıq dənizinə çıxarır. Təbii ki, neft və qaz məsələsi vacib məsələdir. Amma əsas məsələ o idi ki, biz gərək bazar tapaq, bunun üçün bazar olsun. Bu yataqların ehtiyatlarına uyğun olaraq, həmin bazar müəyyən edilsin. Bu gün artıq bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetr həcmindədir və əminəm ki, potensial ehtiyatlar hətta bundan da artıqdır. Onda bizə nə lazımdır?! Bizə proqnozlaşdırılmış, uzunmüddətli, qanunvericiliklə tənzimlənən rəqabətcil bir bazar lazımdır ki, bacardığımız qədər qaz hasil edə bilək. Buna görə də "Cənub qaz dəhlizi" bizim üçün strateji əhəmiyyət daşıyır, bu, qaz potensialımızı realizə etməkdə bizə yardımçı olacaqdır.

Demək istəyirəm ki, biz uzun illər ərzində bu layihələr üzərində işləmişik, çalışmışıq. 1996-cı ildə "Şahdəniz" qaz yatağı haqqında saziş imzalananda biz bilmirdik ki, oradan nə qədər qaz çıxarılacaq. Amma indi çox məmnunluq hissi ilə demək istəyirik ki, "Şahdəniz" dünyada ən böyük qaz yataqlarından biridir. İlkin olaraq, ehtiyatlar 1,2 trilyon kubmetr deyilmişdi. Amma daha sonra isə biz yeni yataqlar aşkar etdik. Bildiyiniz kimi, ötən ilin sonunda yeni yataq kəşf etdik. Bu, gələn illər üçün nəinki bizim təchizat potensialımızı, həm də proqnozlaşdırma imkanımızı daha da artırır. Hazırda bizim 4 qaz boru kəmərimiz vardır. Biz artıq 3 ölkəyə qaz nəql edirik. Bugünkü hasilatın həcminə uyğun olaraq, ixracımızın şaxələndirilməsinə bir növ nail olmuşuq. Amma "Şahdəniz-2" əlavə qaz hasilatını təmin edəcəkdir. Təbii ki, yeni kəşf etdiyimiz qaz yataqlarının işlənilməsinə də başlanacaqdır. Ona görə yeni bazarların tapılması, müəyyən edilməsi bizim üçün vacibdir. Bizə həm yaxın bazarlar, həm uzaq bazarlar, artan, inkişaf edən bazarlar lazımdır. Ona görə biz istərdik ki, qaz sahəsindəki əməkdaşlığımız da neft sahəsindəki əməkdaşlığımız kimi olsun.

Demək istərdim ki, bu gün bənzərsiz, nadir bir vəziyyət yaranıbdır. Çünki istehlakçıların, tranzit ölkələrin və hasilatçıların maraqları bir araya gəlib. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu tərəfdaşlıq yalnız sərbəst elementlərdən təşkil olunarsa, uğura gətirib çıxara bilər. Əminəm ki, bu gün imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı dostlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcəkdir. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaqdır.

XOSE MANUEL BARROZU: Bilirsiniz, Prezident Əliyev bu məsələni o qədər aydın şəkildə təsvir etdi ki, bu şərhə nə isə bir şey əlavə etmək mənim üçün çətindir. Eyni zamanda, onu deməliyəm ki, biz bu Bəyannamənin imzalanmasını, həqiqətən, bir təkan kimi qəbul edirik. Çünki bu, sonradan böyük, vacib qərarların qəbul edilməsinə yol açacaqdır. Bu o deməkdir ki, müştərək maraqlar var, yəni burada hər bir tərəf udur, həm Azərbaycan udur, həm Avropa udur. Yəni fakt ondan ibarətdir ki, şəxsən mənim özüm burada Avropa İttifaqı adından bunu imzaladım və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də imzaladı. Biz bu Birgə bəyannaməni imzalamaqla gördük ki, onun məzmunu çox əhəmiyyətlidir, onun olduqca böyük əhəmiyyəti var. Əminəm ki, bunun müəyyən praktik nəticələri yaxın aylarda olacaqdır. Əmin edirəm ki, mən bu gün imzalanmış sənədlər üzrə fəal işləyəcəyəm və Azərbaycan tərəfi qarşısında da deyirəm ki, bundan sonra investorlar tərəfindən kommersiya qərarları qəbul edilməlidir. Amma bizim fikrimiz, bizim üçün istiqamət aydındır. Biz bilirik ki, nəyə doğru addımlayırıq.

CAVİD BƏDƏLOV (AzərTAc): Mənim sualım cənab Barrozuyadır. Bildiyiniz kimi, Avropa enerji təhlükəsizliyi çərçivəsində Nabukko, Türkiyə-Yunanıstan-İtaliya, AGRİ kimi layihələr müzakirə edilir. Bu layihələrdən hansı Avropa İttifaqı üçün daha əhəmiyyətlidir?

Xose Manuel BARROZU: Biz "Cənub qaz dəhlizi"ni dəstəkləyirik və sonrakı qərarlar kommersiya əsasında qəbul edilməlidir. Bu baxır həcmə, yəni ondan asılıdır ki, bu Nabukkonun və digər layihənin əlavə dəyəri nədən ibarətdir. Yəni bu, onunla bağlıdır. Bilməliyik ki, bizim fikrimizcə, hansı layihə daha qəbulediləndir. Bu, həmçinin Azərbaycan üçün əhəmiyyətlidir. Cənab Prezident elə indicə çox aydın şəkildə izah etdi ki, yeni yataqlar kəşf edilibdir. Mən deyərdim ki, Nabukko öz əhəmiyyəti ilə, öz ölçüsü ilə həmin ehtiyatlara daha çox cavab verir. Eyni zamanda, biz inanırıq ki, "Cənub dəhlizi"nə artıq siyasi dəstək var. Mən bu layihələri bir-biri ilə ziddiyyət təşkil etməyən layihələr kimi görürəm. Fikir verin, burada kommersiya məsələsi var, yenə də bu, həmin o qərarlarla bağlıdır. Biz hamımız bilməliyik ki, bu, həmin qərarlar əsasında müəyyən ediləcəkdir. Zənnimcə, onların arasında ən vacib əhəmiyyəti olan Nabukkodur. Bu yaxınlarda belə bir qərar qəbul olunmuşdur ki, müəyyən fondlardan bu layihənin həyata keçirilməsinə maliyyə resursları ayrılsın və ona görə də mən bir müddət əvvəl Türkiyəyə səfər etdim. Bildiyiniz kimi, Nabukko ilə bağlı hökumətlərarası saziş imzalandı. Bu da çox vacib bir addım idi və görürsünüz ki, bizim dəstəyimizin bir rəmzidir. Çox sağ olun.

Nazirlik 2,5 milyon manatlıq avtomobil alır
Nazirlik 2,5 milyon manatlıq avtomobil alır
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
Loading Bars
Xəbər lenti
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Belçikada quş qripi xəstəliyi qeydə alınıb
Dünyada koronavirusa yoluxanların sayı 441 mindən çox artıb
Sumqayıtda azyaşlı bağlı qapı arxasında qalıb
Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 392 mini keçib
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir
Yasamalda yaşayış binasında yanğın olub
İrandan Azərbaycana narkotik və psixotrop həblər keçirən iki qardaş saxanıldı (FOTO)
Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub (FOTO)
Sumqayıt Texnologiya Parkında yeni şirkət yaradılıb
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Az da olanda şükür edirəm, çox da olanda - Usta ilə söhbət
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib
Yelo Bankdan hər kəsə komissiyasız və zaminsiz kreditlər
Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisini dələduzluqda ittiham etdi
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub (FOTO)
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir - TƏBİB
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır
Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə icra edəcək
Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?
Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi
Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – Qubad usta
Türkiyədə 700-dən çox müdafiə sənayesi layihəsi icra olunur - Vitse-prezident
Polis Oğuzda reyd keçirib (FOTO)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Qarabağda yüksək səviyyəli hotellər yaradılacaq - RƏSMİ
“France-24” Füzuli barədə reportaj hazırlayıb (VİDEO)
Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib (FOTO)
Ağcabədidə yollar yenidən qurulur (FOTO)
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Koronavirusa yoluxan deputat sağaldı
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Bütün xəbərlər