...

Azərbaycanın İordaniyadakı səfirliyi öz işini adi qaydada davam etdirir - səfir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Fevral 2011 22:01 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 21:31-də dərc edilib)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.Hüseynov /

Azərbaycanın İordaniyadakı səfirliyi öz işini adi qaydada davam etdirir, bunu Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı deyib. Bu barədə Trend-ə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyindən məlumat veriblər.

Səfirin sözlərinə görə, İordaniyada vəziyyət tam sabitdir, ölkədə heç bir təlatüm, kütləvi iğtişaş və qarətlər baş vermir. Hakimiyyət ölkədəki vəziyyətə tam nəzarət edir.

Səfir Araslı qeyd edib ki, səfirliyin əməkdaşlarının və onların ailə üzvlərinin, habelə İordaniyada yaşayan azərbaycanlıların həyatlarına heç bir təhlükə yoxdur. Paytaxtın küçələrində, mühüm dövlət obyektlərinin qarşısında mühafizə adi rejimdə çalışır. Hava limanları normal rejimdə işləyir, ölkəyə turistlər gəlməyə davam edir.

Onun sözlərinə görə, bir neçə həftədir ki, yalnız Cümə günləri xütbədən sonra bir qrup insanın dinc aksiyalar keçirərək öz tələbləri barədə şüarlar səsləndirir. Onların bir neçə saatdan sonra əminamanlıqla dağılışdığını söyləyən səfir, həmin şəxslərin narazılığının ölkədə hökm sürən sistemə və siyasi rejimə, hakim sülaləyə qarşı deyil əsasən hökumətə qarşı yönəldiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti