...

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Rumıniyaya səfər edəcək

Siyasət Materials 3 Fevral 2011 12:53 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Rumıniyanın Demokrat Liberal Partiyasının dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Rumıniyaya səfər edəcək

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Rumıniyanın Demokrat Liberal Partiyasının dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək. Trend-in YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan və Rumıniyanın əsas siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

YAP-ın geniş beynəlxalq əlaqələri mövcuddur, bu əlaqələrin daha da dərinləşməsi və genişlənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə YAP arasında işgüzar və səmimi münasibətlər qurulub.

Xəbər lenti

Xəbər lenti