...

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları Heydər Əliyev Fondunu ziyarət ediblər

Siyasət Materials 3 Fevral 2011 13:02 (UTC +04:00)
Bakıda keçirilən Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları fevralın 3-də Heydər Əliyev Fondunu ziyarət ediblər
Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları Heydər Əliyev Fondunu ziyarət ediblər

Bakıda keçirilən Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının üçüncü iclasının iştirakçıları fevralın 3-də Heydər Əliyev Fondunu ziyarət ediblər, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun tarixi, məqsədləri barədə məlumat verilib.

Bildirilib ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Fond genişmiqyaslı layihələr həyata keçirməklə görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər.

Bildirilib ki, ulu öndərin əsasını qoyduğu uğurlu inkişaf strategiyası Azərbaycanın qüdrətinin artmasına, onun regionda lider dövlətə çevrilməsinə səbəb olub.

Yunanıstanın xarici işlər nazirinin müavini Spiros Kuvelis Fondun xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömrü, zəngin irsi, eləcə də Fondun fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə minnətdarlıqlarını bildirən qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

Xəbər lenti

Xəbər lenti