Səfirin şərhi əlavə olunub (ilk xəbər saat 13:33-də yayılıb)
Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Y.Ostapenko/
İsrailin Azərbaycandakı səfirliyi texniki səbəblərə görə fəaliyyətini dayandırıb. Bu barədə Trend-ə bazar ertəsi İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem məlumat verib.
Onun sözlərinə görə, bütün məsələlər həll olunan kimi səfirlik öz fəaliyyətini bərpa edəcək. "Əgər bu texniki məsələlər bir saat ərzində həll olunarsa, biz bir saat ərzində işimizi bərpa edəcəyik", - səfir bildirib.
Bazar ertəsi İsrailin Azərbaycandakı diplomatik missiyası öz fəaliyyətini dayandırıb.