...

İsrail dörd səfirliyini müvəqqəti bağlayıb, Azərbaycandakı diplomatik nümayəndəlik normal rejimdə fəaliyyət göstərir

Siyasət Materials 16 Fevral 2011 13:59 (UTC +04:00)
İsrailin dörd səfirliyi "onlar üçün mövcud olan təhlükə" səbəbindən müvəqqəti bağlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Haaretz" qəzeti ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazır.
İsrail dörd səfirliyini müvəqqəti bağlayıb, Azərbaycandakı diplomatik nümayəndəlik normal rejimdə fəaliyyət göstərir

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir A.Axundov/

İsrailin dörd səfirliyi "onlar üçün mövcud olan təhlükə" səbəbindən müvəqqəti bağlanıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Haaretz" qəzeti ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazır.

Lakin XİN İsrailin diplomatik missiyalarının məhz hansı ölkələrdə öz işini dayandırdığını dəqiqləşdirməyib.

İsrailin Azərbaycandakı səfirliyi normal rejimdə işləyir, çərşənbə günü Trend-ə diplomatik missiyadan məlumat verilib. Bazar ertəsi onlar texniki səbəblərə görə öz fəaliyyətlərini dayandırıblar, ertəsi gün isə işlərini bərpa ediblər.

Cümə günü İsrailin Terrorla mübarizə üzrə dövlət bürosu yaxın həftələrdə israillilərə hücum ehtimalının böyük olduğu bir sıra ölkələrin, o cümlədən Azərbaycanın adını çəkib.

Siyahı cümə günü "Hizbullah" rəhbəri İmad Muğniyənin ölümünün üçüncü ildönümü ilə əlaqədar nəşr olunub.

Azərbaycandan başqa siyahıya Ermənistan, Gürcüstan, Türkiyə, Venesuela, Misir, Kot-d'İvuar, Mali və Mavritaniya daxil edilib.

Xəbər lenti

Xəbər lenti