...

TürkPA-nın ikinci iclası apreldə Astanada keçiriləcək

Siyasət Materials 2 Mart 2011 18:17 (UTC +04:00)
Qazaxıstanın paytaxtında Türkdili Ölkələrin Parlament Assambleyasının (TürkPA) ikinci iclası keçiriləcək.
TürkPA-nın ikinci iclası apreldə Astanada keçiriləcək

Qazaxıstan, Astana, 2 mart /Trend, müxbir A.Maratov/

Qazaxıstanın paytaxtında Türkdili Ölkələrin Parlament Assambleyasının (TürkPA) ikinci iclası keçiriləcək.

"Parlamentlərarası foruma hazırlıq çərşənbə günü Qazaxıstan deputatı Amzebek Jolşibekov və Türkiyənin Qazaxıstandakı səfiri Lalə Ülkər arasında müzakirə edilib", - Məclisin mətbuat xidmətinin məlumatında deyilir. Jolşibekov Məclisdə beynəlxalq məsələlər, müdafiə və təhlükəsizlik komitəsinin rəhbəridir.

İkinci iclasın təşkilati məsələləri ötən həftə Vyanada ATƏT PA-nın qış sessiyası çərçivəsində səfir Ülkər və TürkPA-nın baş katibi Ramil Həsənov (bundan sonra sədrlik edən Azərbaycan) arasında da müzakirə olunub.

Hazırda TürkPA-ya Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxildir.

Təşkilatın birinci iclası ötən ilin yazında Bakıda keçirilib.

Xəbər lenti

Xəbər lenti