...

Macarıstan XİN rəhbərinin Azərbaycana səfəri ertələnib

Siyasət Materials 3 Mart 2011 12:28 (UTC +04:00)
Macarıstan XİN rəhbəri Yanoş Martoninin (János Martonyi) Azərbaycana səfəri ilin ikinci yarısına ertələnib.
Macarıstan XİN rəhbərinin Azərbaycana səfəri ertələnib

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir S.Ağayeva/

Macarıstan XİN rəhbəri Yanoş Martoninin (János Martonyi) Azərbaycana səfəri ilin ikinci yarısına ertələnib. Bu barədə cümə axşamı Trend-ə Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora məlumat verib.

Bundan əvvəl Martoninin Azərbaycana martın 14-15-də gələcəyi gözlənilirdi.

Bu, Avropa İttifaqına sədrlik edən Macarıstanın XİN rəhbərinin Azərbaycana ilk səfəridir.

Səfər zamanı Azərbaycan tərəfi ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda məsələlərin müzakirə olunacağı gözlənilir.

Danışıqlarda əsas mövzulardan biri Aİ çərçivəsində əməkdaşlıq olacaq.

Macarıstan Avropa İttifaqına yanvarın 1-dən sədrlik edir.

Xəbər lenti

Xəbər lenti