...

Azərbaycan Parlamenti İTV Yayım Şurasının yeni üzvlərini təsdiq edib

Siyasət Materials 18 Mart 2011 14:27 (UTC +04:00)
Cümə günü Azərbaycan Milli Məclisi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının yeni üzvlərini təsdiq edib.
Azərbaycan Parlamenti İTV Yayım Şurasının yeni üzvlərini təsdiq edib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Cümə günü Azərbaycan Milli Məclisi İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının yeni üzvlərini təsdiq edib.

Aqil Dadaşov (namizədliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından irəli sürülüb), Muxtar İmanov (Azərbaycan Milli Elmlər Akademiyası), Cahangir Məmmədli (Mətbuat Şurası) İTV-nin Yayım Şurasının yeni üzvləri seçiliblər.

"İctimai televiziya və radio yayımı haqqında" qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvlərinin 6 illik səlahiyyət müddəti martın 15-də başa çatıb.

Milli Məclisin Mədəniyyət kKomitəsinin sədri Nizami Cəfərov İTV-nin fəaliyyətini qənaətbəxş hesab edib və Şuranın yeni üzvlərinin bu işin davam etdirilməsinə kömək göstərəcəklərinə əminliyini bildirib.

Deputat Fazil Mustafa müzakirələr zamanı vurğulayıb ki, İTV öz proqramlarına toy layihələri kimi sosial yönümlü layihələr daxil etməlidirlər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycanın İctimai Televiziyası cəmiyyətin həyatının bəzi sahələrində böyük rol oynayır. Onun sözlərinə görə, İTV tarix, mədəniyyət, vətənpərvərlik, xalqın maarifləndirilməsinə həsr edilən verilişlər təqdim edir. "Hazırda ölkə telekanallarında şou-proqramlar böyük yer tutur, halbuki İTV ilə vətənpərvərlik, Azərbaycanın tarixi, mədəniyyəti haqqında verilişlər yayımlanır", - Paşayeva qeyd edib.

Xəbər lenti

Xəbər lenti