...

Liviya hakimiyyəti koalisiya qüvvələrini Müəmmər Qəddafini öldürmək cəhdində günahlandırır

Siyasət Materials 21 Mart 2011 11:08 (UTC +04:00)
Bu gün Liviya hakimiyyətikoalisiya qüvvələrini Müəmmər Qəddafini öldürmək cəhdində günahlandırıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Liviya hakimiyyəti koalisiya qüvvələrini Müəmmər Qəddafini öldürmək cəhdində günahlandırır

Bu gün Liviya hakimiyyətikoalisiya qüvvələrini Müəmmər Qəddafini öldürmək cəhdində günahlandırıb. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

"Bu, vəhşicəsinə edilən bombardmandır. Belə hərəkət ABŞ və Qərbin vəzifələrinin bu sarayı bombalamaq olmaması barədə bəyanatına ziddir", - Liviya liderinin səhər tezdən dağıdılan Tripolidəki saray kompleksindəki üçmərtəbəli binanı göstərən Liviya hakimiyyətinin nümayəndəsi Musa İbrahim jurnalistlərə deyib. Bina Qəddafinin qonaqları qəbul etdiyi çadırın bir neçə addımlığındadır.

Binanı dağıdan raketin qalıqlarını jurnalistlərə göstərən İbrahim qeyd edib ki, bu hücum nəticəsində heç kim xəsarət almayıb. O, indi polkovnik Qəddafinin harada olduğu barədə məlumat verməkdən imtina edib.

Xarici mətbuatın gecə bombardmanının nəticələrinə baxdığı zaman Liviya rejimini dəsətəkləyən böyük kütlə öz üzərinə "canlı qalxan" rolunu götürərək, Qəddafini dəstəkləyən şüarlar səsləndirib, vətənpərvər mahnılar oxuyub və ABŞ prezidenti və bir sıra Avropa liderlərinin ünvanına təhqiramiz ifadələr işlədiblər. Məlumatı "Euronews" yayıb.

Bu insanların çoxu bəyan edib ki, Qəddafiyə görə ölməyə hazırdırlar. "O, bizim atamızdır. Mən ona görə həyatımı qurban verməyə hazıram və hətta bombardmanın indi başlayacağından belə qorxmuram", - toplaşan liviyalılardan biri jurnalistlərə deyib.

Xəbər lenti

Xəbər lenti