...

Azərbaycan xarici işlər naziri Meksikaya səfər edəcək

Siyasət Materials 25 Mart 2011 20:32 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov cari ilin 27-29 mart tarixlərində Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdə olacaq. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Azərbaycan xarici işlər naziri Meksikaya səfər edəcək

Azərbaycan, Bakı, 25 mart /Trend /

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov cari ilin 27-29 mart tarixlərində Meksika Birləşmiş Ştatlarında rəsmi səfərdə olacaq. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Səfər zamanı nazir Məmmədyarovun Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Naziri xanım Patrisiya Espinoza, Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüşləri, Meksika Diplomatik Akademiyası tərəfindən təşkil olunan "Azerbaijan's Foreign Policy: Challenges and Prirorities" (Azərbaycanın xarici siyasəti: çağırışlar və prioritetlər) mövzusunda elmi konfransda iştirakı və yerli mətbuat nümayəndələri ilə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti