İkinci abzasdan başlayaraq təfərrüatlar əlavə olunub (ilk xəbər 11:57-də yayılıb)
İranda 19 xarici yüksək vəzifəli rəsmi şəxsinin, o cümlədən, altı ölkənin prezidentinin iştirakı ilə Novruz bayramı ilə bağlı xüsusi mərasimə start verilib. Bu barədə İSNA agentliyi məlumat yayıb.
Mərasimdə Əfqanıstan, İraq, Türkmənistan, Tacikistan, Ermənistan prezidentləri və bir neçə ölkənin yüksək vəzifəliləri iştirak ediblər.
Azərbaycan tərindən baş nazirinin müavini Elçin Əfəndiyev bu mərasimdə iştirak edib.
Bu ikinci dəfədir ki, İranda "Beynəlxalq Novruz bayramı mərasimi" prezidentlərin dəvəti ilə həyta keçirlir. İranda bəzi yüksək nüfuzlu ruhanilər və millət vəkilləri bu mərasimə qarşı çıxmağına baxmayaraq, bu il də martın 27-dən etibarən dörd gün müddətində "Beynəlxaдq Novruz mərasimi" həyata keçirlir.
Mərasimdə, Beynəlxaq Novruz bayramının daimi katibliyinin Tehranda açılışı da nəzərdə tutulub.
Hazırda prezidentlər və digər yüksək vəzifəli qonaqlar Tehranın Sədabad sarayında birləşiblər.
Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.