...

Türkiyənin İqdır şəhərində "Azərbaycanlıların soyqırımı günü"nə həsr edilmiş konfrans keçiriləcək

Siyasət Materials 29 Mart 2011 23:01 (UTC +04:00)
Milli Məclisin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa Qasımlı və Fazil Mustafa çərşənbə günü Türkiyənin İqdır şəhərinə səfər edəcəklər.
Türkiyənin İqdır şəhərində "Azərbaycanlıların soyqırımı günü"nə həsr edilmiş konfrans keçiriləcək

Azərbaycan, Bakı, 29 mart /Trend /

Milli Məclisin deputatları Fəttah Heydərov, Qənirə Paşayeva, Azay Quliyev, Musa QasımlıFazil Mustafa çərşənbə günü Türkiyənin İqdır şəhərinə səfər edəcəklər. Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidməti məlumat verib.

Millət vəkilləri burada Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə "Azərbaycanlıların soyqırımı günü"nə həsr edilmiş konfransda iştirak edəcəklər. Konfransda Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, azərbaycanlıların soyqırımı siyasətinə məruz qalması və ermənilərin əsassız iddiaları barədə fikir mübadiləsi aparılacaq, bu məsələ ilə əlaqədar tarixi faktlar geniş ictimaiyyətin diqqətinə çatdırılacaq.

Tədbirdə türkiyəli deputatların iştirakı da nəzərdə tutulmuşdur.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Qubada aşkarlanan kütləvi məzarlıqdakı cəsədlərin erməni daşnakları tərəfindən 1918-ci ildə öldürülənlərə məxsus olduğu sübuta yetirilib. Heydər Əliyev Fondu tərəfindən "Soyqırım memorial kompleksi"nin layihəsi hazırlanıb.

Xəbər lenti

Xəbər lenti