...

Küveytdə İranın casus şəbəkəsi yoxdur - XİN sözçüsü

Siyasət Materials 30 Mart 2011 12:52 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Küveytdə İranın casus şəbəkəsinin olmasını qəti şəkildə təkzib edib.
Küveytdə İranın casus şəbəkəsi yoxdur - XİN sözçüsü

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir D.Xatınoğlu/

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Küveytdə İranın casus şəbəkəsinin olmasını qəti şəkildə təkzib edib. Mehmanpərəst Tehrandan telefonla Trend-ə bildirib ki, KİV-də bu barədə yayılan informasiyalar düzgün deyil.

"Əl-Ərəbiyyə" telekanalının martın 29-da yaydığı xəbərə görə, Küveyt 3 nəfəri İrana casusluq ittihamı ilə edama məhkum edib.

2010-cu ilin mayında Küveyt mediası İranla əlaqəsi olan casus şəbəkəsinin ifşa olunduğu və bu şəbəkənin üzvlərinin həbsi barədə xəbər yaymışdı.

Hələlik casusluqda ittiham olunanlar barədə ətraflı məlumat verilməyib.

Küveyt rəsmiləri edama məhkum olunmuş üç casus barədə rəsmi açıqlama verməyiblər.

Xəbər lenti

Xəbər lenti