...

Əhməd Oruc DUİ-nin sədri seçilib

Siyasət Materials 31 Mart 2011 15:53 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının cümə axşamı keçirilən toplantısında Azadlıq Partiyasının sədri Əhməd Oruc 1 il müddətinə İttifaqın sədri seçilib.
Əhməd Oruc DUİ-nin sədri seçilib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir M.Əliyev/

Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının cümə axşamı keçirilən toplantısında Azadlıq Partiyasının sədri Əhməd Oruc 1 il müddətinə İttifaqın sədri seçilib. Trend-in məlumatına görə, bu barədə DUİ-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Toplantıda qəbul olunan qərara görə, növbəti il üçün Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan DUİ-yə rəhbərlik edəcək.

Demokratiya Uğrunda İttifaq 2007-ci ildə təsis olunub. Quruma Azadlıq, Milli Qurtuluş və Azad Azərbaycan partiyaları daxildir.

Xəbər lenti

Xəbər lenti