...

Xankəndində aeroportun açılması məsələsi AŞPA-nın gündəliyinə daxil edilə bilər - Mövlud Çavuşoğlu (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Aprel 2011 20:27 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.
Xankəndində aeroportun açılması məsələsi AŞPA-nın gündəliyinə daxil edilə bilər - Mövlud Çavuşoğlu (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra Mövlud Çavuşoğlunun fikirləri əlavə olunub (ilk xəbər saat 19:44-də dərc olunub)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir T.Hacıyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verən Çavuşoğlu bildirib ki, Azərbaycana səfərində məqsəd Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir.

"Azərbaycan hökumətinə və dövlətinə önəmli bir forumu önəmli bir zamanda təşkil etdiyinə görə təşəkkür edirəm və təbrik edirəm. AŞ PA sədri kimi mənim də vəzifələrimdən biri Avropada mədəniyyətlərarası və dinlərarası dialoqu artırmaqdır. Xüsusilə də irqçiliyin və din duşmənçiliyinin artdığı bir dönəmdə dialoqun artırılmasını bu neqativ hallarla mübarizənin ən önəmli üsulu hesab edirəm", - Çavuşoğlu qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının sədri yanvar ayının son həftəsində AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt komitənin yaradılmasına qərar verdiyini xatırladıb. "Bu, əslində 2005-ci ildə AŞ PA-nın qəbul etdiyi qətnamənin tətbiq olunması idi. Biz üzərimizə düşən vəzifəni yerinə yetirdik. Bundan sonra Alt komitənin iclasının yerini və zamanını komitə üzvləri müəyyən edəcəklər", - o deyib.

Mövlud Çavuşoğlunun sözlərinə görə, bu, assambleyanın qərarıdır və bu qərara ilk növbədə AŞ PA-nın üzvləri tabe olmalı və qərarın icrasına yardım göstərməlidirlər. "AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi aydındır, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 2005-ci ildə qətnamə qəbul edib", - o qeyd edib.

Çavuşoğlu bildirib ki, ATƏT-in Minsk qrupu bu problemlə məşğul olur, ancaq problemin muxtəlif məqamları da var.

"Bu məqamlar insan haqları və qarşılıqlı inam yaradılması ilə bağlı məqamlardır. Bizim məqsədimiz belə problemlərin həllinə komək etməkdir", - sədr vurğulayıb.

Xankəndində aeroportun açılması məsələsinə toxunan AŞ PA sədri hələ ki, bu hava limanının tikilməsi ilə bağlı məsələnin gündəmə gəlmədiyini deyib.

"Ola bilər ki, qurumun Strasburqda keçiriləcək toplantısında bu məsələ gündəmə gəlsin", - AŞ PA sədri bildirib.

Xəbər lenti

Xəbər lenti