...

Azərbaycan əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə üzrə borcları silindi

Siyasət Materials 8 Aprel 2011 20:27 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə üzrə borcları silindi

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Fərmanda qeyd olunur ki, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinsin.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinə bu fərmana uyğun olaraq silinmiş borcun və 2011-ci il 1 fevral tarixindən sonra yaranmış borcun məbləği barədə bildirişi 10 gün müddətində hər bir istehlakçıya göndərmək; istehlakçılara göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dəyərinin tam ödənilməsi və yeni borcların yaranmaması üçün zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu fərmana əsasən əhalinin borclarının silinməsi ilə bağlı "Azərsu" ASC-nin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti