...

Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 28 Aprel 2011 14:40 (UTC +04:00)
Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub, məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü olub (FOTO)

Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Dövlət başçıları yüksək səviyyədə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdilər.

Prezidentlər ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu bildirdilər, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə etdilər.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıldı.

FOTO - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti