...

Azərbaycanın İtaliyadakı səfiri Liquriya regionunda səfərdə olub

Siyasət Materials 1 May 2011 00:22 (UTC +04:00)
Aprelin 27-dən 29-dək Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Liquriya regionunda işgüzar səfərdə olub.
Azərbaycanın İtaliyadakı səfiri Liquriya regionunda səfərdə olub

Azərbaycan, Bakı, 1 may /Trend/

Aprelin 27-dən 29-dək Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin Liquriya regionunda işgüzar səfərdə olub. Bu barədə Trend-ə Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.

Səfər çərçivəsində azərbaycanlı diplomat Liquriya regionunun qubernatorunun müavini Merlin Fuska, Genuya şəhərinin meri Marta Vinçenzi, eləcə də bölgənin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.

Görüşlərdə Sadıqov Azərbaycan-İtaliya siyasi və iqtisadi əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd etmiş, iki ölkənin regionları arasında da əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.

İtaliyanın çoxsaylı şirkətlərinin ölkəmizdə artıq uzun illər fəaliyyət göstərdiyini bildirən səfir Liquriya regionunun və Genuyanın işgüzar dairələri ilə də iqtisadiyyat, turizm və mədəniyyət sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu qeyd etmişdir.

Tərəflər Azərbaycanın müvafiq rayonları ilə Liquriya regionu arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.

Səfər çərçivəsində Sadıqov İtaliyanın kütləvi informasiya vasitələrinə müsahibə vermiş, jurnalistlərin Azərbaycan-İtaliya əlaqələri, ölkəmizin xarici siyasəti və iqtisadiyyatına dair suallarını cavablandırmışdır. Müsahibə İtaliyanın nüfuzlu "La Repubblica", eləcə də Liquriyada nəşr edilən "Corriere Mercantile" və "İl Secolo XIX" qəzetlərində dərc olunmuşdur.

Bundan əlavə, azərbaycanlı diplomat İtaliyada fəaliyyət göstərən Fəxri Konsullar Birliyinin bu ölkədəki diplomatik korpusun nümayəndələri üçün Genuyada təşkil etdiyi tədbirlərə də qatılmışdır.

Görüşlərdə Azərbaycanın Genuyadakı fəxri konsulu xanım Marqarita Kosta iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti