...

ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir

Siyasət Materials 2 May 2011 14:18 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir. Bu barədə Trend-ə Birləşmiş Ştatların Bakıdakı diplomatik nümayəndəliyindənməlumat verilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini adi rejimdə davam etdirir. Bu barədə Trend-ə Birləşmiş Ştatların Bakıdakı diplomatik nümayəndəliyindən məlumat verilib.

İnterpolun baş katibi Ronald Nobl təşkilata üzv ölkələri Üsəma bin Ladenin öldürülməsindən sonra terrokt aktlarına mümkün cəhdlərlə bağlı yüksək sayıqlıq göstərməyə çağırıb.

"Bir nömrəli terrorçu"nun məhv edilməsi barədə ABŞ Prezidenti Barak Obama gecəyarısı məlumat verib.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanata görə, xüsusi riskli ölkələrdə Birləşmiş Ştatlar səfirliklərinin müəyyən müddətə bağlanacağı istisna edilmir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kis Binin (Keith Bean) sözlərinə görə, səfirlik təhlükəsizliklə bağlı heç bir əlavə tədbir görməyib.

Onun sözlərinə görə, ABŞ-ın xaricdəki vətəndaşları Dövlət Departamentinin rəsmi saytı vasitəsilə mümkün təhlükə barədə məlumatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti