Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın milli təhlükəsizliyinə, onun maraq və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində zəruri qabaqlayıcı tədbirlər həyata keçirir və əməliyyat şəraitinə nəzarət edilir. Bunu bazar ertəsi Trend-ə nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib.
İnterpolun baş katibi Ronald Nobl təşkilata üzv ölkələri Üsəma bin Ladenin məhv edilməsindən sonra terror aktlarına mümkün cəhdlərlə bağlı yüksək sayıqlıq göstərməyə çağırıb.
Bin Laden mayın 1-də Pakistanın paytaxtı İslamabad yaxınlığındakı evlərdən birində ABŞ xüsusi təyinatlıları tərəfindən məhv edilib. ABŞ Prezidenti Barak Obama bunu təsdiqləyib. O, məlumat verib ki, əməliyyata hələ bir həftə əvvəl icazə verib və Pakistan hakimiyyəti əməliyyat keçirilməsi barədə məlumatlandırılıb.
Azərbaycanın milli təhlükəsizliyinə təhdidlərin qarşısının alınması üçün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilır - MTN
Azərbaycanın milli təhlükəsizliyinə, onun maraq və mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi öz səlahiyyətləri çərçivəsində zəruri qabaqlayıcı tədbirlər həyata keçirir və əməliyyat şəraitinə nəzarət edilir.