...

Rusiya Xəzər dənizinin akvatoriyasının milli sektorlara bölünməsinə qarşıdır - Sergey İvanov

Siyasət Materials 4 May 2011 12:41 (UTC +04:00)
Xəzər dənizi akvatoriyasının sahilyanı dövlətlər arasında bölünməsinin əleyhinə olan Rusiyanın Baş nazirinin müavini Sergey İvanov ölkəsinin mövqeyinin dəyişməz olduğunu təsdiqləyib.
Rusiya Xəzər dənizinin akvatoriyasının milli sektorlara bölünməsinə qarşıdır - Sergey İvanov

Azərbaycan, Bakı, 4 may /Trend/

Xəzər dənizi akvatoriyasının sahilyanı dövlətlər arasında bölünməsinin əleyhinə olan Rusiyanın Baş nazirinin müavini Sergey İvanov ölkəsinin mövqeyinin dəyişməz olduğunu təsdiqləyib.

"Rusiya Xəzəri unikal qitədaxili su hövzəsi hesab edib, edir və onun akvatoriyasının milli sektorlara bölünməsinin əleyhinədir. Ona görə ki, bu, su hövzəsindən son 70 il ərzində yaranan səmərəli istifadə rejiminə əsaslı şəkildə yenidən baxılmanı tələb edir", - İvanov bildirib. Bu gün o, Həştərxanda RF hökuməti yanında dəniz kollegiyasının iclasında çıxış edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS yazır.

Baş nazirin müavini qeyd edib ki, Rusiya Xəzərin resurslarının ayrı-ayrı növlərinin, məsələn, su bioresurslarının bölünməz olduğuna əmindir və bütün Xəzəryanı dövlətlər tərəfindən onların qorunub saxlanması üzrə razılaşdırılmış siyasətin yürüdülməsini tələb edir.

İvanov dəniz üzgüçülüyü, təbiətdən istifadə və xüsusilə dəniz şelfinin mənimsənilməsi zamanı neft məhsullarının dənizə axıdılması qəzalarının aradan qaldırılması sahəsində ekologiyanın mühafizəsi məsələlərinin də ümumi oduğunu deyib.

O, xatırladıb ki, Rusiya Qazaxıstan və Azərbaycanla müvafiq saziş imzalamaqla Xəzər dənizinin dibinin delimitasiyası probleminin həllinə nail olub. RF hökuməti rəhbərinin müavini bildirib ki, bu işi inadla davam etdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti