...

Rəsmi Bakı Avropa Parlamentinin qəbul etdiyi bəyanatdan təəccüblənir

Siyasət Materials 13 May 2011 14:45 (UTC +04:00)
Rəsmi Bakı Avropa Parlamentinin (AP) qəbul etdiyi bəyanatdan təəccübləndiyini bildirib.
Rəsmi Bakı Avropa Parlamentinin qəbul etdiyi bəyanatdan təəccüblənir

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir S.Ağayeva/

Rəsmi Bakı Avropa Parlamentinin (AP) qəbul etdiyi bəyanatdan təəccübləndiyini bildirib.

"Azərbaycanda sürətlə aparılan və demokratiyanın inkişafına yönəlmiş islahatlar fonunda AP tərəfindən belə bir qətnamənin qəbul edilməsi ən azı təəccüb hissləri doğurur və belə bir qətnamənin qəbul edilməsinin səbəbləri çoxsaylı suallar yaradır", - cümə günü Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov AP-nin qəbul etdiyi bəyənatı şərh edərəkən deyib.

Qətnamədə qaldırılan məsələlərə toxunan Poluxov deyib ki, qətnamə birtərəfli və qərəzli xarakter daşımaqla yanaşı, hədsiz siyasətləşdirilib, əksər məsələlər yoxlanılmayıb və yalnış məlumatlar əsasında tərtib olunub, mövcud reallığı əks etdirmir.

"Bir ölkədə son bir neçə il ərzində artıq ənənəyə çevrilmiş yerli kütləvi informasiya vasitələrinə, o cümlədən müxalifətyönlü KİV-ə dövlət tərəfindən verilən maddi dəstək, borcların silinməsi və qranların ayrılması prosesi təşkil olunduğu halda, guya, söz azadlığına maneələr törədilməsi kimi ittihamlar məntiqsiz və qərəzli görünür. Azərbaycanda söz azadlığı və insan hüquqları sahəsində vəziyyət qonşu ölkələrlə müqayisədə daha yaxşı olduğu halda məhz ölkəmizlə bağlı belə qətnamənin qəbul edilməsi münasibətlərin səviyyəsinə uyğun deyil və Azərbaycanla Avropa Parlamenti arasındakı münasibətlərə ciddi xələl gətirə bilər", - Poluxov əlavə edib.

Avropa Parlamenti bir sıra ölkələrdə insan haqları və demokratiyanın vəziyyətinə dair qətnamə qəbul edib.

Xəbər lenti

Xəbər lenti