...

ABŞ-ın Azərbaycandakı səfiri Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb

Siyasət Materials 27 May 2011 11:01 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb.
ABŞ-ın Azərbaycandakı səfiri Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb

Azərbaycan , Bakı , 27 may /Trend, müxbir V.Javoronkova/

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb.

"Fətullayevin azad edilməsi həddindən artıq müsbət irəliləyişi nümayiş etdirən əla xəbərdir . Azərbaycana xeyir arzulayan hər kəs bu hadisəyə sevinməlidir . Bu məqama nail olmaq üçün bir çox insanlar böyük işlər görüblər. Bütün Azərbaycan bu hadisəni bayram etməlidir. Ümid edirəm ki, bu, yeni eranın, öz islahatlarını dərinləşdirən və təkcə ABŞ-la deyil, bütün avropalı tərəfdaşlarla da əməkdaşlığı möhkəmləndirən Azərbaycan kimi dövlət üçün yeni dövrün başlanmasının əlamətidir ", - Trend-in məlumatına görə, cümə axşamı Brayza jurnalistlərə bildirib.

Cümə axşamı Azərbaycan Prezidenti İlham Əliyev həbsdə olan bəzi şəxslərin azadlığa buraxılması barədə sərəncam imzalayıb. Əfv olunanlar arasında "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin keçmiş baş redaktoru Eynulla Fətullayev də var.

Xəbər lenti

Xəbər lenti