...

Azərbaycanda dövlət qulluqçularının yaş həddinə dair qanun qüvvəyə mindi

Siyasət Materials 9 İyun 2011 12:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiq edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycanda dövlət qulluqçularının yaş həddinə dair qanun qüvvəyə mindi

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikləri təsdiq edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yuxarı yaş həddi 65-dir.

65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Dəyişikliyə görə, inzibati vəzifələrin 1-4-cü təsnifatına aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti çalışdığı icra hakimiyyəti orqanının razılığı əsasında 5 ildən artıq müddətə uzadıla bilər.

Dövlət orqanlarında dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin ümumi sayının 5 faizindən artıq ola bilməz.

Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.

Dövlət qulluqçusunun dövlət qulluğunda olmanın yaş həddinə çatması onun dövlət qulluğuna xitam verilməsi üçün əsasdır.

Xəbər lenti

Xəbər lenti